Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Fevral

2020
17:04
Prezident Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə pul ayırıb

Prezident İlham Əliyev Qazax rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Sənəddə deyilir: 

"Qazax rayonunun əhalisi 46271 nəfər olan 14 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 14 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün nəzərdə tutulmuş vəsaitin 980,0 (doqquz yüz səksən) min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Atəşkəs rejimi 22 dəfə pozulub

29

Fevral
09:30
HƏRB
110

İstirahət günlərinin hava proqnozu

28

Fevral
17:41
ÖLKƏ
394

Iranda daha 4 deputat koronavirusa yoluxub

28

Fevral
16:27
DÜNYA
394

Sabaha olan hava proqnozu açıqlanıb

28

Fevral
16:13
ÖLKƏ
450

Maştağada quş kəsimi sexi bağlanıb

28

Fevral
15:57
ÖLKƏ
426
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-02-2020 09:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru