Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Fevral

2020
13:38
Prezidentin xanımı ərinin ilk arvadını öldürməkdə günahlandırılır

Cənubi Afrika ölkəsi olan Lesotonun baş naziri Tomas Tabanenin həyat yoldaşı Maesaiah Tabane ərinin ilk həyat yoldaşı Lipolelonu öldürməkdə ittiham edilir.

2017-ci ildə Lipolelonun öldürülməsində günahlandırılan Maesaiah həbs edilməməsi üçün yanvarın 10-da Cənubi Afrika Respublikasına qaçıb. Maesaiahın vəkili ilə polis arasındakı razılaşmadan sonra o, Lesotoya qayıdıb. Ölkəsinə qayıdan Maesaiah paytaxt Maseruda polisə təslim olub. Komissar müavini Mokete Paseka 42 yaşlı birinci xanımın gecəni nəzarətdə keçirdiyini və məhkəmə qarşısına çıxarılacağını açıqlayıb.

Digər tərəfdən, baş nazir Tomas Tabanenin qətllə əlaqədar sorğu-sual edildiyi bildirilir.

Tomas Tabanenin 2017-ci ildə rəsmi olaraq baş nazir vəzifəsinə başlamasından iki gün əvvəl, keçmiş həyat yoldaşı Lipolelo Tabane Maseruda şəhərində öz avtomobili ilə evinə qayıdarkən silahlı basqın nəticəsində öldürülüb.

Lipolelonun ölümündən sonra keçmiş həyat yoldaşı Baş nazir Tabane qətldə ittiham edilib. Yanvar ayında xalq küçələrə çıxaraq Tabanenin istefasını istəyib. Tabane artan təzyiqlərdən sonra yanvarın 16-da istefa edəcəyini açıqlayıb. Ancaq Tabanenin nə vaxt istefa verəcəyi hələ məlum deyil.

Məqalədə : Lesoto 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
563

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
452

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
693

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
538

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
455
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 20:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru