Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edib.
FaktXəbər-in məlumatına görə, görüşdə çıxış edən Prezident İlham Əliyev, "mən sizi icra başçısı vəzifəsinə təyin edirəm. Siz bu günə qədər icra başçısının müavini vəzifəsində işləmisiniz, müəyyən təcrübə toplamısınız. İndi isə sizə böyük etimad göstərərək Xaçmaz və Yevlax rayonlarına icra başçısı vəzifəsinə təyin edirəm. Bu, böyük etimaddır və siz bu etimadı doğrultmalısınız", - deyə bildirib.
Prezident Xaçmaz rayonu barədə danışarkən keçmiş icra başçısı Şəmsəddin Xanbabayevin apardığı abadlıq-quruculuq işlərindən bəhs edib: "Bu işlər davam etdirilməlidir, ancaq müasir səviyyədə, müasir tələblərə uyğun şəkildə."
Yevlax rayonunundan da danışan dövlət başçısı buranın da çox böyük potensialı olduğunu bildirib: "Orada da böyük infrastruktur layihələri icra edilmişdir. Düzdür, içməli su və kanalizasiya layihələri hələ ki, başlamamışdır. Xaçmaz rayonunda bu layihələr başa çatıb. Bir neçə gün bundan əvvəl “Azərsu” Səhmdar Cəmiyyətinə göstəriş verildi ki, Yevlax rayonunun içməli su və kanalizasiya layihəsinə start verilsin. Hazırda Azərbaycanda cəmi beş şəhərdə bu layihələr başlamayıb. Ancaq müvafiq göstərişlər verilib və bu işlər də davam etdirilməlidir."
"Sizin qarşınızda duran əsas vəzifələr rəhbərlik edəcəyiniz rayonların sosial-iqtisadi inkişafını təmin etməkdir. Siz vətəndaşlarla daim təmasda olmalısınız, bütün kəndləri gəzməlisiniz, kənd camaatı ilə görüşməlisiniz. Sizin işiniz kabinet işi olmamalıdır. Düzdür, əlbəttə ki, hər bir rəhbərin işi, o cümlədən qəbul edilən qərarlar, görülən işlər, keçirilən müşavirələr - bütün bunlar hər bir rəhbər işçinin gündəlik həyat tərzidir. Ancaq siz çox model başçılar kimi fəaliyyət göstərməlisiniz.
Mən bir neçə dəfə demişəm, əgər ölkəmizin bütün kəndlərinin problemləri həll olunarsa, deməli, bütün problemlər də həll olunacaq. Xüsusilə nəzərə alsaq ki, hazırda regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü dövlət proqramı icra edilir. Hesab edirəm ki, dördüncü proqramın icrası nəticəsində bu günə qədər həll olunmamış məsələlər tam şəkildə öz həllini tapacaqdır. Bu proqramın icrası Xaçmaz və Yevlax rayonlarını da əhatə edir. Siz vətəndaşların qayğıları ilə yaşamalısınız, onların problemlərini öyrənməlisiniz, düzgün təhlil aparmalısınız. Hansı məsələ rayon səviyyəsində həll oluna bilərsə, onları həll etməlisiniz. Əgər gücünüz çatmasa, onda mərkəzi icra orqanlarına müraciət etməlisiniz, o cümlədən Prezident Administrasiyasına ki, biz mövcud olan problemləri həll edək.
Eyni zamanda, siz vətəndaşlarla daim ünsiyyət əsnasında rayonun problemlərini və vətəndaşları narahat edən məsələləri daha dərindən öyrənib adekvat tədbirlər görməlisiniz. Bütün xoşagəlməz hallara son qoyulmalıdır, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır. Mən sizə şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər. Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir. Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır. Ona görə bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə çox ciddi fəaliyyət göstərməlisiniz, tamamilə şəffaf vəziyyət yaradılmalıdır", - deyə İlham Əliyev bildirib.
Daha sonra prezident icra başçıları tərəfindən ona yalan məlumat verdiyini deyib: "Bir çox hallarda rayonlardan gələn məlumat belədir ki, hər şey əladır, hər şey yaxşıdır, biz burada bütün işləri ən yüksək səviyyədə qururuq. Amma dərindən baxanda görürsən belə deyil, bəzi icra başçıları tərəfindən yalan məlumatlar ötürülür. Özlərini göstərmək, yaxud da ki, nöqsanlarını ört-basdır etmək üçün yalan raportlar verilir, rayonların inkişafı ilə bağlı, mövcud problemlərlə bağlı həqiqəti əks etdirməyən məlumatlar verilir. Ona görə mən də rayonlara tez-tez gedirəm ki, o problemləri xalqın dilindən eşidim. Biz bu problemləri həll etməliyik. Əgər kimsə problemləri malalamaq istəyirsə, səhv yoldadır. Sizə də tapşırıram, hər bir ölkədə problem var, biz o problemləri ört-basdır etməməliyik. Əksinə, üzə çıxarmalıyıq. O cümlədən mən media nümayəndələrinə də dəfələrlə müraciət etmişəm, demişəm ki, siz mənim köməkçilərimsiniz. Bəzi hallarda mən dözülməz vəziyyətlə bağlı mediadan xəbər tuturam. Bax, son hadisəni demək istəyirəm ki, Şamaxı rayonunda zəlzələ olub, oraya böyük vəsait ayrılıb. Mən oraya getmişəm, yeni tikilmiş evlərin açarlarını vətəndaşlara təqdim etmişəm. Ancaq o günləri televizorda baxıram ki, məktəb binasının yarısı uçubdur, çatlar var, uşaqlar qorxudan orada otura bilmirlər. Bəs yaxşı, bunun üstündən səkkiz ay keçibdir, bunu etmək mümkün deyilmi? Vəsait ayrılıb, göstəriş verilib, bir çox evlər tikilib, bu məktəb belə yararsız vəziyyətdə ola-ola bununla necə barışmaq olar? İndi əgər mediada, televizorda bu reportaj getməsəydi, mən bilməyəcəkdim. Mən bilən kimi dərhal göstəriş verdim. İndi orada işlər başlayacaq və o məktəb binası ya sökülüb yenidən tikiləcək, ya da ki, əsaslı təmir olunacaq. Ona görə ictimai nəzarət olmalıdır. Siz də bundan qorxmamalısınız, əksinə, ictimaiyyət sizə dəstək verməlidir."

Azərbaycanla Rusiya arasında dəmir yolu ilə yükdaşımaların həcmi 31% artıb
11
Dekabr
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavoduna yeni direktor təyin olunub
11
Dekabr
MSK parlament seçkilərinə qatılan 3 partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb
11
Dekabr
Neftçalada su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 5 milyon manat ayrılıb
11
Dekabr
Zərgərlik məmulatının ölkə ərazisinə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb
11
Dekabr09-12-2019 14:29 Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirini qəbul edib
01-11-2019 11:28 Prezident Bakı-Sumqayıt yolundakı tıxacdan danışdı - VİDEO
17-10-2019 09:05 Prezident: Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir
14-10-2019 19:57 Azərbaycan Prezidenti Türkiyə Prezidenti ilə görüşüb
04-10-2019 21:44 Prezident: "Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır"
02-10-2019 18:33 Prezident İlham Əliyev Rusiyada işgüzar səfərdədir
- 11-12-2019 20:31 AŞPA-nın həmməruzəçiləri Azərbaycana səfər edəcək
- 11-12-2019 16:42 MSK parlament seçkilərinə qatılan 3 partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb
- 11-12-2019 16:08 Elmar Məmmədyarov Latviyaya gedib
- 11-12-2019 16:05 Məşhur diktor deputat olmaq istəyir
- 11-12-2019 14:55 ReAl parlament seçkilərinə "Real Cümhuriyyətçilər" bloku ilə gedir
- 11-12-2019 13:15 Azərbaycandan ermənilərə: sülh şəraitində yaşamağa hazırıq
- 11-12-2019 11:29 Əli Əhmədov: Siyahımızda əvvəlki deputatlardan da olacaq
- 10-12-2019 20:13 Parlament seçkilərini müşahidə üçün ATƏT/DTİHB və ATƏT PA-ya dəvət göndərilib
- 10-12-2019 19:23 MTRŞ-dan 102 FM tezliyi ilə bağlı AÇIQLAMA
- 10-12-2019 18:14 Erkin Qədirli növbədənkənar seçkilərə qatılacağını açıqlayıb
- 10-12-2019 13:22 Milli Şura növbədənkənar parlament seçkisində iştirak etməyəcək
- 09-12-2019 21:31 Daha bir müxalifət partiyası parlament seçkilərində iştirak qərarı verdi
- 09-12-2019 16:45 Erkin Qədirli seçkiyə gedir
- 09-12-2019 14:29 Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirini qəbul edib
- 09-12-2019 10:45 Xələf Xələfov: İran bu görüşü keçirməyə hazır deyil
- 09-12-2019 10:39 İsa Qəmbərlə Gültəkin Hacıbəyli arasında "müavin" qalmaqalı
- 07-12-2019 17:52 Şahin Mustafayevə yeni vəzifə verildi
- 07-12-2019 16:27 Ümid Partiyası da seçkilərdə işitraka qərar verdi
- 07-12-2019 14:37 Müsavat parlament seçkilərində iştirak barədə qərar qəbul edib
- 07-12-2019 12:20 Məzahir Pənahov: Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər
- 07-12-2019 11:07 Bu gün MSK-nın iclası keçiriləcək
- 06-12-2019 12:15 Mikayıl Cabbarov erməni nazirin müavininə cavab verib
- 05-12-2019 17:49 Nazirlər Kabinetində yeni təyinatlar olub
- 05-12-2019 17:05 YAP bütün partiyaları seçkilərdə iştiraka çağırıb
- 05-12-2019 16:37 İlham Əliyev Milli Məclisi buraxdı - Növbədənkənar seçkilərin vaxtı bilindi