Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2019
10:20
2701
Poqba: Müsəlman olmaq məni daha yaxşı insan etdi - VİDEO

İngiltərənin "Mançestr Yunayted" klubunun ulduz oyunçusu Pol Poqba 20 yaşında müsəlman olmasına dair açıqlama verib.

FaktXəbər-in "The Times"a istinadən verdiyi məlumata görə, Pol Poqba bildirib ki, müsəlman olmaq ona daha yaxşı insan edib.

"Müsəlman olan bir neçə dostumla danışırıq və birlikdə ibadət edirik. İndi özümü daha rahat və xoşbəxt hiss edirəm. Müsəlman olmaq həyatıma müsbət təsir etdi. Anam müsəlman idi. Mən hamıya hörmət edərək böyümüşəm. Müsəlman olmaq həyatımdakı hər şeyi yaxşı mənada dəyişdi", - deyə Poqba bildirib.

Müsəlmanların terrorla əlaqələndirilməsinə münasibət bildiriən Fransa yığmasının üzvü bildirib ki, İslamın terrorla əlaqəsi yoxdur. "Media vasitəsi ilə yayılan xəbərləri kənara qoysaq, İslam dini çox gözəl dindir", - Poqba deyib.

Ötən Ramazan ayında Kurt Zouma ilə Məkkəyə getdiklərini və müsəlman olduqdan sonra hər şeyə diqqət etdiyini xatırladan Poqba, içki içmədiyini və namaz qıldığını deyib: "Bunu şükür etmək və iman gətirmək üçün etməlisiniz". 

Məqalədə : Paul Poqba 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
192

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
121

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
149

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
185

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
216

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
206

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
769

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
578
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 21:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru