Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Aprel

2021
11:16
Polis reyd keçirdi: 44 sürücü cərimələndi

Saatlı rayonunda yol polisi əməkdaşlarının keçirdiyi reyd zamanı 44 sürücü cərimələnib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin və atmosferin nəqliyyat vasitələrindən atılan zəhərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədi ilə rayon ərazisində reyd keçirilib.

Yoxlamalar zamanı atmosferə normadan artıq zəhərli qaz ixrac edən 19 avtomobilin sürücüsü barəsində inzibati qaydada protokollar tərtib edilib. Davam etdirilən tədbirlər zamanı digər qayda pozuntularına yol verən sürücülər də aşkar olunub. Polis əməkdaşları həmin şəxslərlə profilaktiki səpkidə söhbətlər aparıb, yol-hərəkət qaydaları bir daha onların diqqətinə çatdırılıb. Kobud qayda pozuntusuna yol vermiş 25 sürücü isə inzibati qaydada məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, Saatlı rayonu ərazisində tərtib edilmiş tədbirlər planına uyğun olaraq hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi ilə bu cür profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
567

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
453

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
476

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
727

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
527
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-05-2021 07:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru