Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Sentyabr

2019
12:30
651
Polşa və Yunanıstan Almaniyadan təzminat gözləyir

İkinci Dünya Müharibəsindən 80 il sonra belə bəzi ölkələr tarixdəki son səhifənin hələ də çevrilmədiyinə inanır. Polşa və Yunanıstan Almaniyanın ödədiyi kompensasiyaların miqdarının çox az olduğunu deyir; Cənubi Koreya əmindir ki, Yaponiya məcburi olaraq öz fabriklərinə səfərbər etdiyi adamlarla ödəşməyib. Narazıların ön sıralarında isə hesablanmamış itki tələb edən millətçilər var. Berlin və Tokio iddiaları qəbul edir, lakin yeni sənədləri ödəməkdən imtina edirlər.

Varşava bir trilyon istəyir

FaktXeber.com-un Tass-a istinadla məlumatına görə, bunlar arasın ən çox Polşa maliyyə ədalətinin bərpasının zəruriliyini elan edir. Təkcə 2018–2019-cu illərdə bu ölkənin Baş naziri, Xarici İşlər Naziri və Prezidenti müharibədən sonrakı ödəmə müqavilələrini tənqid ediblər. Spektrin sağ mühafizəkar hissəsinə aid olan siyasətçilər əmindirlər ki,  Almaniya ilə məsələ həll edildiyi zaman Polşanın kifayət qədər suverenliyi olmayıb ki, tam tələblərini irəli sürsünlər. Yalnız buna görə SSRİ-nin barışma mövqeyi ilə razılaşmaq məcburiyyətində qalıb.

Siyasətçilər iddia edirlər ki, müharibə ölkənin 6 milyon vətəndaşının həyatını alıb, bu da Polşa pasportunun hər altıncı sahibinin öldüyünü göstərir. Bu göstərici ilə hətta Sovet itkiləri də geridə qalır. Varşava müharibədə vurulan zərəri son faizinə qədər hesablamaq vəzifəsini qarşısına qoyub. 2019-cu ildə məbləğ açıqlandı: 1 trilyon avro. Hesablamaların təfərrüatları və sənədin özü hələ açıqlanmayıb.

Yunanlara xarabalığa görə ödəyin

1941-1945-ci illərdə Hitler qoşunları tərədindən işğal edilən Yunanıstana isə Almaniya cəmi bunun üçün yalnız 115 milyon alman markı ödəyib. Aralıq dənizi ölkəsində bu kompensasiya təhqiramiz dərəcədə aşağı hesab olunur. Axı, Üçüncü Reyxin Yunanlardan ayrılmazdan əvvəl götürdüyü məcburi borc - müasir pul baxımından, 8 milyarddan 11 milyard avroya qədər idi.

Bu gün Almaniyanın borc mövzusunu solçu radikal SYRIZA partiyası tərəfindəb təşviqat kimi istifadə olunur. Onun lideri Aleksis Tsipras əmindir: iki ölkə arasındakı münasibətlərdə qara səhifəni çevirmək üçün Almaniya kompensasiyanı tam ödəməlidir. 2015-ci ildə Berlini tənqid edən Tsipras baş nazir seçildi. Onun rəhbərliyi altında Yunanıstan Parlamenti Almaniyaya hesab yolladı: 270 milyard avro.

Bu rəqəm nə qədər böyük olsa da, deputatlar arasında bunu yetərsiz hesab edənlər var idi. "Qızıl Şəfəq"dən olan ultranationalistlər Almanların 400 milyard Avro ödəməsini istəyir: 300 min öldürülən həmvətənliləri və 1700 məhv edilən kəndlər üçün.

Ancaq rəsmi Berlinin reaksiyası Polşaya da Yunanıstana da eynidir: qətiyyətlə yox

Yaponiya da maliyyə iddiaları ilə üzləşib

Almaniyadan əlavə digər bir keçmiş təcavüzkar ölkə Yaponiya da İkinci Dünya Müharibəsi cinayətlərinə görə maliyyə iddiaları ilə üzləşib. Tokioya qarşı keçmişdə işğal altındakı Cənubi Koreya çıxır. 1965-ci ildə tərəflər dövlət borcu məsələsini həll ediblər, lakin fərdi iddialar qaldı. Seuldakı ictimai rəy belədir ki, keçmiş işğalçılar zorla səfərbər olunmuş işçilərin - etnik koreyalıların əməyinin əvəzini ödəmirdilər. 2018-ci ildə həmin şəxslərin qaldırdığı iddia yerli məhkəmə tərəfindən təmin edildi.

Məhkəmə qərarına istinad edərək, keçmiş işçilər və onların qohumları yeni məhkəmə iddiaları qaldıra bilər, Yaponların əmlaklarını və patentlərini minlərlə ələ keçirə bilər. Təəccüblü deyil ki, Yaponiya həyəcan təbili çaldı.

Ancaq Tokionun reaksiyası media tərəfindən şişirdilib. Tərəflər arasında əsl ticarət müharibəsi hələ çox uzaqdadır. Belə ki, Gündoğar ölkə 1965-ci il müqaviləsinə əsasən Cənubi Koeyaya astronomik miqdarda pul ödədiyini və başqa bir börcu olmadığını unutmayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan son 8 ayda 58,4 mln dollar qazanıb

18

Sentyabr
15:59
İQTİSADİYYAT
146

Əlilliyin təyin edilməsi üçün yeni model hazırlanır

18

Sentyabr
15:51
AİLƏ, SAĞLAMLIQ
162

Azərbaycanda 7 məhkəmə hakimi cəzalandırılıb

18

Sentyabr
15:47
HÜQUQ,HADİSƏ
151

Lənkəranda 2 maşın toqquşdu, ölən var

18

Sentyabr
15:44
HÜQUQ,HADİSƏ
144

Deputatların pensiyası artırılacaq

18

Sentyabr
15:27
İQTİSADİYYAT
176

Roqozin Türkiyəni Baykonura çağırdı

18

Sentyabr
15:19
DÜNYA
175

Siyasi hücumlar üçün virus aşkarlanıb

18

Sentyabr
14:57
MARAQLIDIR
182

Rusiyada terrorun qarşısı alınıb-VİDEO

18

Sentyabr
14:31
DÜNYA
302

“Azərişığ”ın maşını aşdı - Ölənlər var

18

Sentyabr
14:16
HÜQUQ,HADİSƏ
309

Sentyabrın 19-na gözlənilən hava proqnozu

18

Sentyabr
12:56
DÜNYA
299
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2019 21:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru