Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyul

2021
15:31
Polad Həşimovun xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib - FOTO

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı, General-Mayor Polad Həşimovun əziz xatirəsinə həsr edilmiş Ağacəkmə aksiyası həyata keçirildi. 

Öncə Milli Qəhrəman General-Mayor Polad Həşimovun anası Səmayə xanım başda olmaqla Birliyin idarə heyəti və fəal üzvləri, ictimaiyyət nümayəndələri  fəxri xiyabana gedərək unudulmaz Generalımız Polad Həşimovun abidəsi önünə gül çələngi qoyaraq ruhuna dualar oxudular. Sonra aksiya iştirakçıları Xətai rayonuna gələrək Polad Həşimov prospektində Ağacəkmə aksiyasında iştirak etdilər. 

Ağacəkmə aksiyası ilə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal mətbuata açıqlamasında bildirdi ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək, nüqəddəs Şəhidlik zirvəsinə ucalmış, 44 günlük Vətən müharibəsinin təməl daşı, Azərbaycan gəncliyin örnək nümunəsi, hərb tariximizin ləyaqətli simalarından biri,öz məğrurluğu,hünəri ilə Azərbaycan tarixinə əbədi yazılan General-mayor Polad Həşimovun anım günündə belə bir ağacəkmə aksiyasını keçirilməsini özlərinə vətəndaşlıq, soydaşlıq borcu hesab ediblər. 

İcraçı direktor onu da qeyd etdi ki, bu sayaq İctimai, mədəni əhəmiyyətli tədbirləri gerçəkləşdirməkdə əsas məqsəd Cənab Ali Baş Komandan İlham Əliyevin Milli Qəhrəmanlara və onların ailə üzvlərinə diqqət və qayğı yönümündə dövlət tərəfindən görülən uğurlu işlərə vətəndaş cəmiyyəti töhvəsini verməkdir. 

Qurum rəsmisi  Birlik tərəfindən gələcəkdə də İctimai, siyasi, mədəni, kütləvi, mənəvi dəstək ruhlu, tədbir və layihələrin davam etdiriləcəyini xüsusi olaraq vurğuladı.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xocalıda silah-sursat aşkarlanıb

29

İyul
14:32
HƏRB
270

Bayden Obamanı Trampla səhv saldı

29

İyul
14:19
DÜNYA
270

Erməni terrorçu qrupun üzvlərinə hökm oxunub

29

İyul
13:30
HÜQUQ,HADİSƏ
250

Sabahın hava proqnozu açıqlandı

29

İyul
13:03
ÖLKƏ
236

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

29

İyul
12:38
MƏNƏVİYYAT
455

Azərbaycan nefti yenidən bahalaşıb

29

İyul
11:14
İQTİSADİYYAT
282

Neftin bahalaşması davam edir

29

İyul
10:47
İQTİSADİYYAT
361
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-07-2021 19:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru