Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 May

2021
14:51
Pentaqon 20 ölkədə hərbi obyektlər tikəcək

ABŞ-ın Ordu Mühəndislər Korpusu Yaxın Şərq və Orta Asiyanın 20 ölkəsində hərbi obyektlərin inşası layihəsini həyata keçirəcək.

RT xəbər verir ki, müvafiq təşəbbüs 240 milyon dollar dəyərində qiymətləndirilir.

Hava limanları, lazımi infrastruktur, magistral yollar, limanlar, xəstəxanalar, istehsal müəssisələri, elektrik stansiyaları və su təchizatı şəbəkələri daxil olmaqla hərbi obyektlərin strukturunun dizayn edilməsi podratçılara həvalə edilib.

Layihə həmçinin bütün növ təyyarələr üçün uçuş-eniş zolaqları, taksi yolları və sair inzibati binaların inşasını əhatə edir.

Pentaqon Qazaxıstan, Özbəkistan, Tacikistan və Türkmənistan kimi bölgələri yeni obyektlərin inşası üçün ərazilər olaraq təyin edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2021 18:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru