Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Sentyabr

2021
10:39
Pentaqon: `Əfqanıstanda qoyduğumuz silahlardan Talibanın istifadə edə bilməsi mümkün deyil`

Taliban Kabul hava limanında qalan Amerika hərbi texnikasından istifadə edə bilməyəcək, hərbçilər bunun qeydinə qalıblar.

İnterfaks xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Con Kirbi deyib.

"Hava limanında qalan hərbi texnikanın istifadə edilməməsi üçün hər şeyi etdik. Bu uçan aparatlara və hərbi maşınlara da aiddir", - Kirbi deyib.

O bildirib ki, Taliban bu texnikanı yoxlaya, öyrənə biləcək, amma istifadə etmələri mümkün olmayacaq.

Bununla birgə, mətbuatda yayılan məlumatlara əsasən, Taliban Əfqanıstan hökumət ordusuna ABŞ tərəfdən verilən on milyardlarla dəyərində silahları ələ keçirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
934
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2021 14:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru