Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Avqust

2019
10:40
Peşə məktəblərinə qəbul başlayır

"Gələn həftədən peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır".

Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Amil Əlili peşə təhsili müəssisələrinə qəbul qaydaları barədə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu il də sənəd qəbulu "ASAN Xidmət"lə bəməkdaşlıq çərçivəsində keçiriləcək: "ASAN Xidmət" mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə sənəd qəbulunun müvafiq peşə təhsili müəssisələrində ödənişsiz formada və elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur". 

A.Əlili qeyd edib ki, 2019-2020-ci tədris ilində 145 ixtisas üzrə sənəd qəbulu həyata keçiriləcək: "Bunlardan 23-ü tam yeni ixtisaslardır. Onlardan 14-ü peşə təsnifatına yeni daxil edilib. 9-u isə təsnifatda olub indiyə kimi tədris olunmayan ixtisaslar idi. Ümumilikdə isə yeni tədris ilində tədris proqramları və kurikulum əsasında dərslər keçiriləcək. Əsas sənaye və innovasiyalar sahələri üzrə kadr hazırlığı nəzərdə tutulur".

"ASAN Xidmət"in İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev isə vurğulayıb ki, sənəd qəbulu prosesinə mərkəzin 120 könüllüsü cəlb olunacaq. 

Məqalədə : Peşə məktəbləri qəbul 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda yol çökdü - FOTO

10

Dekabr
22:45
HÜQUQ,HADİSƏ
221

Dekabrın 11-nə manatın məzənnəsi

10

Dekabr
17:19
İQTİSADİYYAT
264

Ərdoğan: Avropada lider yoxdur

10

Dekabr
16:43
DÜNYA
895

Nobel Sülh Mükafatı təqdim edilib

10

Dekabr
16:41
DÜNYA
453

Azərbaycanlı məşqçi "Sevilya"ya gedir

10

Dekabr
15:38
İDMAN
653

Yuri Lujkov dünyasını dəyişdi

10

Dekabr
14:33
DÜNYA
759
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2019 03:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru