Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Sentyabr

2019
16:19
392
Payız mövsümünün hava proqnozu açıqlanıb

"Sentyabrın sonuncu həftəsində ölkə ərazisində nisbətən mülayim hava şəraiti davam edəcək".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, havanın temperaturu kiçik müsbət fərqlə iqlim normasından yüksək olacaq: "Bu fərq 0,5-0,7 dərəcə təşkil edəcək. Lakin hava bir qədər küləkli olacaq. Sentyabrın 26-dan 27-nə keçən gecə Bakıda və Abşeron yarmadasında küləkli hava şəraiti müşahidə olunacaq. Küləyin maksimal sürəti saniyədə 15-20 metrə çata bilər".

Umayra Tağıyeva bildirib ki, növbəti küləkli dövr sentyabrın 28-dən 29-na keçən gecə olacaq: "Külək güclənsə də, şiddətli olmayacaq. Oktyabr ayının ilk günlərində hava şəraiti nisbətən mülayim olacaq. Havanın temperaturunun 0,5-1 dərəcə iqlim normasından yüksək olacağı proqnozlaşdırılır. Yağıntılar bəzi şimal və şərq regionlarında normadan bir qədər artıq olacaq".

Departamentin direktoru Umayra Tağıyeva vurğulayıb ki, keçid dövrünə xas olan proseslər artıq noyabr ayının ikinci yarısında müşahidə olunacaq: "Bu ayda artik hava kütlələrinin ölkə ərazisinə müdaxiləsi digər payız aylarla müqayisədə daha tez tez müşahidə olunur.

Fəsli proqnozlar Ümumdünya Metrologiya Təşkilatının 5 iqlim mərkəzlərində hazırlanıb və üzv ölkələr üçün yayımlanır. Həmin mənbələrə istinadən deyə bilərik ki, payız fəsli bizim regionda havanın temperaturu norma daxilində olacaq, kəskin soyuqlar gözlənilmir. Yağıntılar norma daxilində, bəzi ərazilərdə normadan çox olacaq".

O, həmçinin fəsillər dövründə havaların necə keçməsi ilə bağlı səsləndirilən fikirlərə də aydınlıq gətirib: "Çoxillik meteroloji müşahidələr göstərir ki, yayın və qışın neçə keçməsi arasında əlaqələr mövcud deyil.

Etibarlı məlumatlar 3 günlük və ya həftəlik olur. Bu dünya təcrübəsində də belədir. Fəsli proqnozların doğruluğu 60-70 faizdən çox deyil. İndi qış fəslində havanın necə olacağı, yaxud qar yağıb-yağmayacağı barədə nəsə demək tezdir". 

Məqalədə : payız 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1149

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
67

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
92

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
316

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
355
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 03:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru