Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Noyabr

2019
13:44
Paytaxtda istifadə müddəti ötmüş məhsullar satan market aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 - Çağrı Mərkəzinə vətəndaşlar tərəfindən daxil olmuş müraciətlər mütəmadi olaraq Agentliyin mütəxəssisləri tərəfindən təhlil edilərək araşdırılır və bu məlumatlar əsasında istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Agentlikdən FaktXəbər-ə verilən məlumata görə, AQTA əməkdaşları bir qrup sakinin müraciəti əsasında Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov 56 ünvanında fəaliyyət göstərən “Real” marketdə araşdırma aparılıb. Araşdırma zamanı vitrində olan qida məhsullarına baxış keçirilib. Marketdə istifadə müddəti ötmüş müxtəlif əmtəə nişanlı süd və süd məhsulları aşkar olunmuşdur. Yararlılıq müddəti ötmüş qida məhsulları qanunvericiliyin tələblərinə uyğun olaraq, satışdan çıxarılaraq məhv edilib.

Aşkarlanmış nöqsanlarla əlaqədar müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib və obyektin fəaliyyəti nəzarətə götürülüb. Sağlamlaşdırıcı tədbirlərin görülməsi ilə bağlı icrası məcburi göstərişlər verilib. Qanunvericiliyin və texniki normativ hüquqi aktların tələbləri izah olunub.

İstehlakçılara bir daha tövsiyyə olunur ki, qida məhsulları seçərkən məhsulun etiket məlumatlarına, mənşəyi ilə bağlı sənədlərə eyni zamanda saxlama şəraitinə diqqətli yetirsinlər. Hər hansı neqativ hallarla rastlaşdıqda Agentliyin 1003 - Çağrı Mərkəzinə məlumat versinlər.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.

Məqalədə : market 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
192

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
239

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1179
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2019 18:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru