Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Sentyabr

2019
09:52
Patriot və F-35-lə bağlı ABŞ Türkiyəyə yeni təklif verib

ABŞ Türkiyəyə "Patriot" zenit raket sistemləri (ZRK) və beşinci nəsil Amerika F-35 qırıcı təyyarələrinin tədarükü üçün yeni bir təklif edə bilər. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə "Haber Türk" öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Vaşinqton və Ankara 100 milyard dollarlıq bir dövriyyəyə nail olmaq üçün sərbəst ticarət müqaviləsi imzalamağa hazırlaşırlar. Bu müqaviləyə əsasən Türkiyəyə "Patriot" və F-35 hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün yeni bir təklif veriləcək, həmçinin respublika üçün alüminium və polad rüsumları da azaldılacaq.

Türkiyə bir neçə ildir "Patriot" zenit-raket sistemlərinin ona satılması ilə bağlı ABŞ-la danışıqlar aparmağa çalışırdı, amma Vaşinqton belə bir sazişə razı olmadı. Buna görə də Ankara Moskvadan raketdən müdafiə vasitələri almaq qərarına gəldi. 2017-ci ilin sentyabr ayında Rusiya Federasiyası Türkiyə ilə 2,5 milyard dollar dəyərində S-400 tədarükü üçün müqavilə bağlandığını elan etdi. Ankara alay dəsti (iki diviziya) alacaq. Müqavilə istehsal texnologiyalarının qismən Türkiyə tərəfinə təhvil verilməsini nəzərdə tutur. İlk tədarüklər 12 iyulda başlayıb.

ABŞ və NATO fəal şəkildə Türkiyənin S-400 almasına qarşı çıxır. İyulun 17-də Ağ Evin sözçüsü yazılı açıqlamasında, Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini əldə etməsi qərarının, Amerikanın beşinci nəsil F-35 qırıcı bombardmançı proqramında iştirakını davam etdirməsini qeyri-mümkün etdiyini söyləyib.

Məqalədə : Patriot F-35 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42563

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
40940

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42469

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
41962

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47482

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
41924

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42321
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2020 13:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru