Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Oktyabr

2019
12:04
418
Passiv tütünçəkmə qeyri-infeksion xəstəliklərə səbəb olur

Dünyada vaxtsız ölümə səbəb olan 8 əsas xəstəlik var ki, onun 6-sı üçün risk faktoru tütündür. Dünya Səhiyyə Təşkilatı belə bir açıqlama ilə çıxış edib.

Statistikaya görə, hər il 8 milyon nəfər tütünçəkmə nəticəsində vaxtından əvvəl dünyasını dəyişir. Onların 1 milyonu passiv tütün çəkənlər, yəni özləri istifadə etməsələr də, tütün tüstüsünün zərərli təsirinə məruz qalanlardır.

Səhiyyə Nazirliyinin İctimai səhiyyə və islahatlar mərkəzinin şöbə müdiri Şəhla Mirzəzadə siqaretin səbəb olduğu xəstəliklərdən danışıb: “Ağciyər xərçənginin yaranma səbəblərinin 90 faizi məhz tütünçəkmə ilə bağlıdır. Ümumiyyətlə, tütünçəkənlərin həyatı 15-20 il qısalmış olur. Digər orqanlarda da xərçəng xəstəliklərinin növləri müşahidə olunur. Bundan başqa tütünçəkmə damarlarda aterosklerozun yaranmasına, ateroskleroz isə ürəyin infarktına və beyin insultuna səbəb olur. Tütünçəkmənin yaratdığı qeyri-infeksion xəstəliklərlə yanaşı, xərçəng növləri də həyatın tez qısalmasına aparıb çıxarır”.

Dünyada olduğu kimi, ölkəmizdə də passiv tütünçəkməyə məruz qalanlar çoxdur. Onlar özləri tütündən istifadə etmədən onun qurbanına çevrilirlər. Bu sıyahıda uşaqları xüsusi qeyd etmək lazımdır.

“Uşaqların 50 faizi, yəni hər iki uşaqdan biri tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs alır. Bu, həmin uşaqlarda tənəffüs yolları xəstəliklərinin başlanma mərhələsinə gətirib çıxarır. Hansısa uşaqda tənəffüs yolları xəstəlikləri, məsələn, astma varsa, həmin prosesin daha da kəskinkəşməsinə səbəb olur”, - deyə şöbə müdiri əlavə edib.

Ötən ilin statistikasına görə, ölkəmizdə 15 və yuxarı yaşda olanların 33,1 faizi siqaret çəkir.(Azertac)

Məqalədə : siqaret 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
33

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
256

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
118

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
59

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
116

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
50
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2019 18:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru