Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 May

2019
12:40
1975
Paşinyanın alçaldıldığı tədbirin TƏFƏRRÜATLARI

Dünən Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Belarus, Qazaxıstan, Qırğız Respublikası, Rusiya və Ermənistan liderlərinin iştirak etdiyi Avrasiya İqtisadi İttifaqının iclasında Ermənistan Baş naziri Nikol Paşinyan digər liderlərin yanında alçaldılması barədə xəbər vermişdik. Belə ki, iclas başlamazdan əvvəl Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Rusiya Prezidenti Vladimir Putini, Belarus Prezidenti Aleksandr Lukaşenkonu və Qırğız Respublikasının Prezidenti Sooranbay Jookayevi “Nursultan” ordeni ilə təltif edib. İstisna yalnız Ermənistanın baş naziri Nikol Paşinyana olub. Qazaxıstanın birinci prezidentinin mükafatla bağlı sərancamında onun adı olmayıb.

FaktXeber.com-un verdiyi məlumata görə, bu gün həmin görüşün təfərrüatları bəlli olub.

İştirakçı dövlətlərdən yalnız Ermənistan rəhbərinin təltif edilməməsi ilə rüsvay olan N. Paşinyan bu hadisədən sonra, əvvəlcədən nəzərdə tutulmasına baxmayaraq, Rusiya, Qırğızıstan və Belarus prezidentlərinin də iştirak edəcəyi Nursulatn Nazarbayevin adından veriləcək yeməkdə iştirak etməkdən imtina edərək hava limanına yollanıb. 

Paşinyanın eyni zamanda Ermənistanın Qazaxıstandakı səfirliyində erməni iş adamları ilə nəzərdə tutulan görüşü də ləğv edilib.

Ermənistan KİV-də yayılan xəbərə görə, Avrasiya İqtisadi Birliyinin 2019-2020-ci illər üçün makroiqtisadi siyasətinin əsas prinsiplərinə dair tədbir çərçivəsində Rusiya prezidenti Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko və Qırğızıstan prezidenti Sooronbay Jeenbekovla görüşsə də Nikol Paşinyanla görüşməyib.

Ermənistan mətbuatının yazdığına görə, artıq neçənci dəfədir ki, Avrasiya İqtisadi İttifaqında birləşən ölkələrin toplantılarında və ittifaqın qəbul etdiyi qərarlarda Ermənistan, həmçinin onun rəhbərliyinin alçaldılması Ermənistanın bu qurumda lazımsız dövlət olmasının göstərir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
14

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
49

DİN sürücülərə müraciət edib

22

Avqust
11:06
HÜQUQ,HADİSƏ
110

Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər

22

Avqust
09:30
HÜQUQ,HADİSƏ
142

Tovuzda pensiya kartı ölümə səbəb oldu

22

Avqust
09:12
HÜQUQ,HADİSƏ
154
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 12:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru