Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Sentyabr

2021
14:52
Paşinyan: “Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırıq”

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə münasibətlərin normallaşması istiqamətdə danışıqların aparmasına hazır olduğunu bildirib.

Bu barədə "Armenpress"ə istinadən xəbər verir.

Onun sözlərinə görə, Türkiyə prezidenti Ermənistanla münasibətlərin normallaşması ehtimalını açıq şəkildə şərh edib.

“Bu bəyanatlarda Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, avtomobil və dəmir yolu əlaqələrinin bərpasını müzakirə etmək üçün bir fürsət görürük. Biz daha geniş kontekst əldə edə biləcək belə bir söhbətə hazırıq”, - deyə Paşinyan bildirib.

Ermənistan baş naziri qeyd edib ki, əslində söhbət bölgənin Şimalını Cənubla, Şərqini Qərblə birləşdirəcək bir qovşağa çevrilməsindən gedir.

Paşinyan əlavə edib ki, Rusiya bu prosesə kömək etməyə hazır olduğunu bildirib. Avropa İttifaqı, xüsusən Fransa və ABŞ da bu prosesdə maraqlıdır. Çin və Hindistanın bölgədəki kommunikasiya layihələrinin inkişafına münasibəti də məlumdur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
934
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2021 14:08





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru