Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2020
16:58
Oğuz rayonunda itkin düşən yeniyetmənin meyiti tapılıb - FOTO

Oğuz rayonunda itkin düşən yeniyetmənin meyiti tapılıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, 12 yaşlı Cəbrayıl Vüsal oğlu Məmmədlinin meyiti meşəlik ərazidə aşkarlanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin tapıldığı əraziyə yollanıb.

Oğuz rayonunda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir.

Bu, komitənin yaydığı açıqlamada bildirilir. Məlumatda Dövlət Komitəsi Oğuzda itkin düşən 12 yaşlı uşağın vəfatından təəssüfləndiyini qeyd edir:

"Hadisə ilə əlaqədar qeyd edirik ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Oğuz rayon İcra Hakimiyyəti yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya” ilə əlaqə saxlamışdır. Komissiyadan məsələ ilə bağlı istintaq getdiyi barədə məlumat verilmişdir. Məsələ hazırda Komitənin nəzarətindədir və səlahiyyətləri daxilində faktın araşdırılması istiqamətində iş aparılır. Bir daha valideynləri və cəmiyyəti uşaqlara qarşı diqqətli və məsuliyyətli olmağa çağırırıq".

Məqalədə : Oğuz cinayət 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiyada helikopter sərt eniş edib

26

May
09:44
DÜNYA
286

“Azsığorta”dan oğurluq olub

25

May
13:39
HÜQUQ,HADİSƏ
275

Neftçala sakinindən 10 kq narkotik götürülüb

25

May
13:00
HÜQUQ,HADİSƏ
208

Biləsuvarda narkotacirlər tutuldu

25

May
12:40
HÜQUQ,HADİSƏ
246

Cahangir Hacıyev yenidən məhkəmə qarşısında

25

May
11:07
HÜQUQ,HADİSƏ
385

Faktiki hava şəraiti açıqlanıb

25

May
11:00
ÖLKƏ
352

Ay tutulmasının vaxtı məlum olub

25

May
10:19
ÖLKƏ
343

Neftin qiyməti bahalaşır

25

May
09:36
İQTİSADİYYAT
355
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2020 12:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru