Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 May

2021
12:31
Operativ qərargah Bakıda keçiriləcək beynəlxalq yarışla bağlı QƏRAR VERDİ

25-26 may tarixlərində Bakıda keçiriləcək paracüdo üzrə Qran Pridə tamaşaçılarla yanaşı, media nümayəndələri də iştirak edə bilməyəcək.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, səbəb Nazirlər Kabineti yanında operativ qərargahın buna icazə verməməsidir.

Operativ qərargah qapalı zalda – Heydər Əliyev adına İdman və Konsert Kompleksində keçiriləcək yarış zamanı minimal sayda insanın olmasını istəyir. Bu səbəbdən də idman zalında əsasən idmançılar və federasiya rəsmiləri olacaq.

Qeyd edək ki, bu yarış Tokio Yay Paralimpiya Oyunlarına reytinq xalları verir. Azərbaycan millisi bu yarışda tam heyətlə – 18 idmançı (9 kişi və 9 qadın) ilə təmsil olunacaq.

Onu da bildirək ki, bu, Azərbaycanda ilk belə hal deyil. Bu il futzal üzrə Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin Slovakiya (29 yanvar), Moldova (4 mart) və Yunanıstanla (14 aprel) Bakı İdman Sarayında keçirdiyi yarışlara da tamaşaçılarla yanaşı, media nümayəndələri buraxılmayıb. Yalnız bu ay Milli Gimnastika Arenasında keçirilən beynəlxalq yarışlara məhdud sayda media nümayəndələri buraxılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ABŞ Husilərin legitimliyini tanıdı

25

İyun
10:25
DÜNYA
630

Neftin bahalaşması davam edir

25

İyun
09:25
İQTİSADİYYAT
915
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2021 16:18





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru