Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

20 Aprel

2017
17:37
1937
Onları dəniz mənzərəli həbsxana gözləyir - FOTO

Fransadakı "Ecole d`Architecture de Paris-Belleville" adlı şirkətin memarları üzən həbsxana layihəsi hazırlayıblar.

FaktXəbər-in "Daily Mail"ə istinadən verdiyi məlumata görə, nəhəng yük gəmisi üstündə tikiləcək həbsxana, Mərkəzi Amerika ölkəsi Panamanın paytaxtı Panama Siti yaxınlığındakı beynəlxalq sularda üzəcək. Dünya miqyasında yüksək miqdarda korrupsiya və ya vergi qaçaqmalçılığı kimi cinayətlərə görə həbs cəzası alan şəxslərin yerləşdiriləcəyi həbsxana layihəsi həyata keçərsə, dünyada yeganə nümunə olacaq. Gəminin adının "Panama Papers Jail" olacağı bildirilir.

Ümumilikdə 3.300 məhkumun burada cəza çəkməsi nəzərdə tutulub. Həbsxananın bir tərəfi kişilərin, digər tərəfi isə qadınların olacağı şəkildə ikiyə bölünəcək. 350 metr uzunluğunda, 100 metr hündürlüyündəki gəmi həbsxanada məhkum otaqları 9 kvadratmetr sahəyə malik olacaq.

Üç hissədən ibarət olacaq həbsxananın ön hissəsində məhkum kameraları, ortada rəhbərilyin oturacağı ofisi, arxa tərəfdə isə nəzarətçilərə məxsus 36 kvadratmetrlik iki mərtəbəli mənzilləri yerləşəcək. Rəhbərliyin ofisi yaxınlığındakı başqa bir sahədə isə məhkumlar üçün gimnastika salonu, iş və istirahət sahələri yerləşəcək.

Qeyd edək ki, bu tipli həbsxana sistemi "Game of Throne's" serialında  Tyrion Lannister saxlanıldığı və bir tərəfi uçurumdan ibarət həbsxanaya bənzədilib.

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru