Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Sentyabr

2021
11:59
NYT: `İran bir aya atom bombası hazırlaya bilər`

İran bir ay ərzində bir nüvə başlığı istehsal etmək üçün kifayət qədər material əldə edə bilər.

Bu barədə The New York Times yazır.

Qəzetin yazdığına görə, İran 2015 -ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) imzalandıqdan sonra nüvə silahı əldə etmək ehtimalına o qədər də yaxın deyildi. Bu cür qiymətləndirmələr Beynəlxalq Təhlükəsizlik İnstitutunun hazırladığı hesabatda yer alıb. Sənəddə qeyd olunur ki, İran üç aya qədər ikinci bomba yaratmaq üçün lazım olan kifayət qədər miqdarda material ala bilər.

Qəzet eyni zamanda xatırladır ki, İran hakimiyyəti dəfələrlə nüvə silahı hazırlamaq istəmədiklərini və ölkənin nüvə proqramının yalnız sülh məqsədli olduğunu bəyan ediblər.

NYT qeyd edir ki, Bayden administrasiyası hesabatla bağlı hələlik heç bir şərh verməyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
929
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2021 13:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru