Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

23 Dekabr

2016
16:57
2722
Nəvəyə baxan nənə və babalar daha çox yaşayırlar

Tədqiqatçılar nəvələrini böyüdən nənə və babalarının digərilərinə nisbətən daha uzun yaşadığını müəyyənləşdiriblər. 

FaktXəbər-in məlumatına görə, nəticələri "Evolution and Human Behavior" jurnalında dərc olunan araşdırmada Bazel, Edith Kovan, Qərbi Avstraliya və Berlin Humboldt universitetləri Maks Plank İnsan İnkişafı İnstitutundan tədqiqatçılar, başqalarına yardım edən və dəstək verən yaşlıların eyni zamanda özlərinə də yaxşılıq etdiyini və ehtimal olunandan çox yaşadığını müəyyən edilib.

Adətən nəvələrini böyüdənlər ilə böyütməyən və öz övladı və ya nəvəsi olmayan, ancaq ətrafındakılara yardım edən yaşlılarla etməyənləri müqayisə edən tədqiqatçılar 1990 və 2009-ci illər arasında Berlin Yaşlanma İşləri tərəfindən toplanan məlumatlar əsasında 70 ilə 103 yaşlı 500-dən çox adamla tanış olublar.

Nəvələrinin qayğısını üzərinə götürənlərin üzərinə götürməyən nənə və babalardan daha çox yaşadığına diqqəti çəkən tədqiqatçılar, bu cür fəaliyyətlərin həyat müddətlərinə müsbət təsir etdiyini bildirib.

Araşdırmada nəvələrinin qayğısını çəkənlərin yarısının 1990-cı ildə keçirilən ilk müsahibədən on il sonra hələ də yaşadığı qeyd edilib.

Digər tərəfdən, tədqiqatçılar kiməsə yardım etməyin müsbət təsirinin yalnız ailə daxilindəki yardımla məhdudlaşmadığını deyiblər.

Göstəricilər uşağı olmayan, ancaq başqalarına mənəvi dəstək verən yaşlıların da uzun ömürlü olduğunu bildirirlər.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 12:50

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru