Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

12 Yanvar

2017
14:11
3514
Nüvə erasının super silahları: Rusiya və ABŞ-ın sualtı mübarizəsi

Bir neçə gün öncə ABŞ  yeni sinif «Kolumbiya» sualtı atom qayığının hazırlanmasına başladığını elan etdi. Ölkə 12 yeni belə qayıq buraxmaq fikrindədir. FaktXeber.com Life-a istinadən SSRİ dönəmindən bu yana ABŞ və Rusiyanın sualtı  mübarizəsi barədə qısa tarixi təqdim edir.

Atom sualtı  qayıqları nüvə triadasının əsasını təşkil edir. Onlar ölümcül zərbə endirməzdən əvvəl uzun müddət Dünya okeanının  suları altında gizlənə bilərlər. Hazırda Rusiya  və ABŞ  nəhəng Sualtı Donanmaya malikdir.

Müasir  arsenalda atom sualtı qayıqlarından daha qorxulu müharibə maşını yoxdur. Məsələn, 400 metr  dərinlikdə  üzə bilən Rusiyanın yeni «Borey» gəmisi. Atış mənzili -9300 km. Döyüş komlekti – hər birində 6-10 döyüş başlıqlı, trotil ekvivalentində gücü 150 kiloton olan  16 raket. Bu, ən az məsuliyyətli siyasətçidə belə  Rusiya ilə müharibə barədə düşündürməyi unutdurar. Belə gəmilərin  varlığında əsas hədəf də elə budur.

Müasir sualtı raket kreyserləri Rusiya və ABŞ arasında uzun yarışın nəticəsidir. Hər şey 1946-cı ilin 5 martında soyuq müharibəyə başlanğıc verən  Çörçilin  Fulton nitqindən sonra başladı. 

40-50-ci illərdə ABŞ-ın dünya okeanlarında aviadaşıyıcı və linkorlardan ibarət tam üstünlüyü mövcud idi: SSRİ və onun müttəfiqlərini əhatə edən hərbi baza şəbəkəsi, atom bombaları, strateji bombardmançıları, SSRİ-yə qarşı bir-birini əvəz edən atom müharibəsi planları – Plan Totality, Operation Dropshot… var idi. Planın birincisi prezident Trumenin fərmanı ilə general Eyzenhauer tərəfindən hələ 1945-ci ildə hazırlanmışdı. Plana əsasən  Rusiyanın 20 şəhəri nüvə bombardmanına məruz qalmalı idi. 1949-cu ildə hazırlanan ikinci  planda artıq 100 şəhərdə 200 hədəf müəyyənləşmişdi.

SSRİ buna tam cavab verə bilmirdi: İlk atom bombası ancaq 1949-cu ildə hazırlanmışdı. Vintli Tu-4, reaktiv Tu-16 ABŞ ərazisinə baza olmadan gedə bilməzdi. Ümid ancaq RƏM sisteminə, sadə və etibarlı MiQ-15-ə qalırdı.

Bundan əlavə, dənizə sahiblənmək barədə heç söhbət belə gedə bilməzdi. Amerikanınkı ilə müqayisə edilə biləcək suüstü donanmanı tez yaratmaq mümkün deyil. Qalırdı Sualtı Donanma – sualtı qayıqlar. Məhz belə  strateji vəziyyət  soyuq müharibənin ilk dönəmində  Sovet Sualtı Donanmasının  yaranmasına gətirdi.

Ən kütləvi şəkildə NATO-nun təsnifatı ilə 613-cü layihəsinin dizelli Whiskey sualtı qayığı hazırlandı. Orta səviyyəli qayıqlar Avropa yaxınlığında işləməli idilər. Daha uzağa - okeana isə yolda konvoyları götürə bilən 611,B layihəsinin və NATO-nun təsnifatı ilə Zulu nömrəli qayıqları  getməli idi. 1951-1958-ci illərdə  Leninqradda və Molotovskidə onlardan 26 vahid hazırlandı. Sonra həmin qayıqları 641 layihəsindən 75 ədəd "Foxtrot" əvəz elədi.

Soyuq müharibənin ilk illərində  Sovet torpeda qayıqları  strateji əhəmiyyət daşıyırdı – onlar  Avropanın boru vintli mühərriklərini əvəz edə bilərdi.

Amerikanın qarşısında isə əsas məsələ  qayıq əleyhinə mübarizə dayanırdı. Dənizə sahiblik edən  amerikalıların buna imkanı var idi – onlara bazadan uzaqlaşmağa, eskort  aivadaşıyıcıların qayıqəleyhinə təyyarələrindən gizlənməyə ehtiyac yox idi. Taktikaları sadə idi: öz mövqelərinə çıxmaq və Sovet sualtı qayıqlarının dizel dalınca gedib-getməmələrini dinləmək. «Barrakuda»larda istifadə olunan əsas innovasiya BQR-4 kiçik tezlikli akustik massivi idi. Bu vaxta kimi Amerikanın APS-20 kimi aviasiya  radiolokatorları suyun altında 20 mil məsafədə şnorxelləri, dizellərin işini, fırlanan porşenli borunun  «nəfəs borusunu» müəyyənləşdirə bilərdi.

Bundan sonra atom mühərrikləri, raket və nüvə  başlıqları dövrü başladı.

İlk atom  sualtı  qayığı  1955-ci ildə dənizə çıxan Amerikanın USS Nautilus qayığı olub. Qayıq 6 torpeda ilə təchiz olunmuşdu.

1960-cı ildə  sualtı donanmalar  müasirləşməyə başladı. Xüsusən göyərtəsində ballistik  raketlər olan qayıqların istehsalına başlanıldı. Liderliyi bərkyanacaqlı raketlə təchiz olunan Polaris edirdi.

Həmin dövr üçün daha yoxsul olan SSRİ cavab verə bilmirdi. Maye yanacaqlı R-13 raketləri məcburən  629-cu layihənin dizeli sualtı qayıqlarına və 658-ci atom layihəsinin qayıqlarına 3 ədəd yerləşdirilirdi. Raket ancaq suyun üzərindən buraxıla bilərdi. 12 metrlik  raketin qayıqəleyhinə  təyyarələrinin radarlarında necə işıq saçdığını düşünmək belə qorxuncdur. Bundan başqa, buraxılışdan əvvəl, raket bir saat ərzində sisternlərdə saxlanılan yanacaqla doldurulmalı idi. Uçuş mənzili isə Amerikanın “Polaris”indən (2200 km) çox-çox aşağı – cəmi 600 km idi. 

Uçuş mənzili cəhətindən sovetin növbəti R-21 raketi də (1420 km) amerikalıların «Polaris-A2»-dən (2800 km) geri qalırdı. Və yenə Rusların qayığında cəmi 3 raket yerləşirdi. Lakin artıq  sualtı atmaq imkanı yaranmışdı.

Rusiyanın R-27 raketi amerikalıların texnikaları ilə məsafəni qismən yaxınlaşdırdı. 1974-cü ildə raketi modifikasiyası R-27U 3000 km mənzilli idi. Halbuki Amerikanın «Polaris-A3»ü 1964-cı ildən 4600 km mənzilli idi.

1967-1974-cü illərdə, hər birində 16 ədəd R-27U raketi olan «Navaqa» sualtı qayıqları artıq uğura imza atmışdı. 1974-cü ildə 667B seriyasından hər biri 12 raketi daşıyan 18 «Murena» gəmisi silahlanmaya verildi. İkimərhələli R-29 raketi 7800 mənzilli idi.

1975-ci ildə 667BD layihəsinin, hər birində 16 vahid R-29D raketi (9100 km mənzilli) olan növbəti 4 qayığı sıraya qoşulur.

Lakin ABŞ-da 1946-cı ildən «Ohio» sinifli qayıqların inşaasına başlanır. O yüklənmədən asılı olaraq 7800-11300 km mənzilli olan 24 ədər «Trident II» raketləri daşıyırdı.

SSRİ buna strateji təyinatlı ağır raketli sualtı «Akula» kreyserlərinin inşası ilə cavab verdi. Bu, dünyanın ən böyük  sualtı qayığıdır. O, 20 ədəd üçmərhələli R-39 raketi (8300 km mənzilli) daşıyır. Hazırda o, 20 ədəd üçmərhələli «Bulava» raketini (9300 km mənzilli) daşıyır.

Postsovet dövründə  Rusiya sualtı qayıqlarının raketləri üstünlük əldə etməyə başladılır. 2008-ci ildə  «Tula» sualtı qayıdığnın göyərtəsində olan «Sineva» uzaqmənzilliyinə görə, rekord qırmışdı: Amerikanın döyüş növbəsində olan «Trident II» -nın 11300 km-nə qarşı 11547 km-lə.

Bu həmin raketlərdir ki, bu  gün 7 strateji sualtı kreyserdə döyüş növbəsində dayanıblar. Son günlərdə  onlara «Bulava»larla  daha 3 kreyser qoşulub, daha 5-i isə  tikilmə prosesindədir. «Bulava»nın «Sineva»ya nisbətən aşağı mənzilli olması, onun istehlak rahatlığı ilə kompensasiya edilir.

2015-ci ilin 11 noyabrında  baş verən hadisə isə sualtı silahlanma yarışı spiralını bağladı. Rusiya telekanalları  Rusiyanın «Status-6» atom  torpedası barədə material təqdim elədi. Atom reaktoru ilə işə salınan torpeda saatda 185 km-lə 10000 km məsafə qət edə bilər. Bu silah bir km dərinlikdə,  gücü 100 meqatonn olan döyüş başlığını daşıyaraq hədəfə gedə bilər.

«Status -6» adət etdiyimiz şəkildə  silah yox, «Qiyamət Günü maşınıdır». Bu qurğu istənilən qlobal müharibədə məğlubiyyətə uğrayan yeganə tərəfin Rusiyanın olmayacağına, qalib tərəfin isə ümumiyyətlə olmayacağına zəmanət verir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru