Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyun

2019
16:36
362
İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi davam edir

Təhsilə, elmə və maariflənmənin təbliğinə xüsusi önəm verən “Nar”-ın baş sponsorluq etdiyi “Breyn Rinq” intellektual yarışlarının on üçüncü mövsümü davam edir. Şirkətin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, kubok uğrunda mübarizədə  aparacaq 3 komandanın adı artıq məlumdur. Onlar “Gəncə”, “Nar” və “Kapital” komandalarıdır.

Qeyd edək ki, bu ilin martından başlayan yarışın on üçüncü mövsümü respublikanın 17 bölgəsi və 11 ali məktəbini təmsil edən 34 komanda ilə başlayıb. Komandalar yarışın baş sponsoru olan “Nar” tərəfindən təsis edilmiş “Nar” kuboku uğrunda mübarizə aparırlar. “Nar” kubokunun sahibi iyun ayında məlum olacaq. 

Yarışlar hər həftənin bazar günü saat 20:00-da İctima Televiziyada yayımlanır. “Breyn Rinq” həvəskarları bu intellektual yarışı izləməklə yanaşı, həm də “Nar”-dan hədiyyə qazanmaq şansı əldə edirlər. Yarış efirdə yayımlandığı saatda “Nar”-ın “Facebook” səhifəsində paylaşılan suala ən tez cavab verən şəxslər müxtəlif hədiyyələrlə təltif edilirlər.  May və iyun aylarının qalibləri İsrafil Əhmədov,  Mikayıl Mikayıllı, Əhməd Kamalov, Üzeyir Mehralı və Vüqar Şirinzadədir. 

Məqalədə : Breyn Rinq Nar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
51

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
70

DİN sürücülərə müraciət edib

22

Avqust
11:06
HÜQUQ,HADİSƏ
132

Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər

22

Avqust
09:30
HÜQUQ,HADİSƏ
157

Tovuzda pensiya kartı ölümə səbəb oldu

22

Avqust
09:12
HÜQUQ,HADİSƏ
170
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 14:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru