Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

15 Aprel

2017
21:37
616
İnstagramda təqibçi fırıldağı: pul və ya kontur alandan sonra yoxa çıxırlar - VİDEO

İnstagramda süni yollarla say artırmağın xeyrindən daha çox zərəri ola bilər. Minlərlə izləyici qazandıracağını vəd edənlər çox olsa da, sonradan bir çox problemlər yaranır: ya həmin şəxslər tapılmır, ya da izləyicilərin heç bir faydası olmur. Son zamanlar məhz belə fırıldaqçılıqlar yaranıb.

Onlar instagram sosial şəbəkəsində izləyici sayı artırmaq adı ilə pul və kontur tələb edilir. Kontur hesaba yükləndikdən sonra isə söz verdiyi şəxsi bloka atıb, nömrələrini də bağlayaraq aradan çıxırlar.

Saxta profil açaraq təqibçi artıra bildiklərini deyənlər onlardan pul ya da mobil danışıq balansının kodunu aldıqdan sonra yoxa çıxırlar.

Üstəlik, saxta yolla qazanılan təqibçi profilləri paylaşılan məzmuna reaksiya məsələsində də özünü göstərir. Həmin profillər aktivliyə heç bir müsbət təsir göstərmir. Əksinə bu yolla həmin şəxslər müraciət edən hesabı oğurlaya, həmçinin etik olmayan səhifələrə qoşa bilərlər.

Ümumiyyətlə, hər hansı bir səhifənin təqibçi sayını artırarkən təhlükəsizlik baxımından sahibi özü etməlidir. Yaxud da sistemin özününün pullu xidmətindən istifadə etmək lazımdır ki, qazanılan izləyicilər effektiv olsun, bunun üçün sərf edilmiş məbləğ də israf olmasın.(Xezerxeber.az)

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru