Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Oktyabr

2019
15:24
339
Nəsimi Bələdiyyəsi Bakı Nəqliyyat Agentliyini məhkəməyə verib

Bakı şəhəri, Nəsimi rayon Nəsimi Bələdiyyəsi Bakı Nəqliyyat Agentliyini (BNA) məhkəməyə verib.

Bələdiyyə “öhdəliyin qoyulması” tələbinə dair elektron iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

İddiaçı Bakı Nəqliyyat Agentliyinin üzərinə 2019-cu ilin yanvar ayından Bakı şəhəri, Füzuli və Mirzağa Əliyev küçələri arasında yerləşən yeraltı qarajda ixtisaslaşdırılmış avtomobil dayanacağı xidməti göstərməsi ilə əlaqədar hər bir nəqliyyat vasitəsi üçün sutkada 0.1 manat ödəniş etməsi öhdəliyi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edib.

Nəsmi Bələdiyyəsi bunu "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Qanununun 9.1.5-ci maddəsi ilə əsaslandırıb.

Sözügedən qanunun 9.1.5-cim maddəsi bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödənişi müəyyənləşdirir. Bu ödəniş hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla müəyyən edilir.

Hakim Fərid Mədətlinin sədrlik etdiyi iclasda məhkəmə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edib ki, Nəsimi Bələdiyyəsi cavabdehə qarşı olan tələbinin məzmununu aydın şəkildə təsvir etmədiyinə görə, elektron qaydada daxil olmuş sənədlər iddiaçının özünə qaytarılmalıdır.(Report)

Məqalədə : məhkəmə BNA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kataloniyada ümumxalq tətil başlayıb

18

Oktyabr
12:51
DÜNYA
10

Bakı metrosunda qatarın qapıları açılmayıb

18

Oktyabr
11:49
HÜQUQ,HADİSƏ
38

Azərbaycanda yük və sərnişin daşımaları artıb

18

Oktyabr
10:00
İQTİSADİYYAT
62

Xarici valyutaların manata qarşı məzənnələri

18

Oktyabr
09:33
İQTİSADİYYAT
52

Ərdoğan Trampın tvitinə cavab verdi

18

Oktyabr
09:05
DÜNYA
226

18 oktyabr Dövlət Müstəqilliyi günüdür

18

Oktyabr
00:01
SİYASƏT
92
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 13:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru