Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Noyabr

2019
10:30
Ənsarullah hərəkatı Səudiyyəyə çağırış edib

Səudiyyə koalisiyası dünən 200 Yəmənli məhbusu azad elədiyini və İsveç sazişinə görə, Səna havalimanındakı uçuşları asanlaşdırdığını bildirib.

FaktXəbər-in məlumatına görə, Səudiyyə koalisiyası tərəfindən 200 məhkumun azad edilməsindən razı qalan Yəmən Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli Əl-Husi koalisiyanın yəmənli əsirlərə tətbiq etdiyi işgəncəni dayandırmasını və digər məhbusları da azad etməyə çağırıb.

Xatırladaq ki, Səudiyyə rejiminin birbaşa diktəsi ilə hökumət idarə edən Yəmən prezidenti Mənsur Hadi buna etiraz edən xalqa qarşı zor tətbiq etdikdən sonra ölkə boyu kütləvi aksiyalar həyata keçirilmişdi. Xalq Mənsur Hadidən islahatlar həyata keçirməyi və Səudiyyənin tapşırıqlarının yerinə yetirməməyi tələb edirdi. Uzun müddətli aksiyalar zamanı prezidentin əmri ilə xalqa qarşı sıxılan güllə vəziyyəti bir qədər də gərginləşdirdi və Mənsur Hadi ölkədən qaçaraq Səud rejiminə sığındı. Buradan isə öz xalqına qarşı müharibə elan etdi. Bəzi ərəb ölkələrini bu müharibəyə səslədi və yaradılan koalisiya bu gün də Yəməni bombalayır. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
324

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
538

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1549
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2019 23:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru