Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Avqust

2019
12:55
Ənsarullah hərəkatı fərari prezidentin sarayını ələ keçirib

Yəməndə fərari prezident Məsur Hadinin bir zamanlar oturduğu Maaşiki prezident sarayını Ənsarullah hərəkatı ələ keçirib.

FaktXəbər-in məlumatına görə, bu barədə RİA informasiya agentliyi yazıb.

Xatırladaq ki, dünən səhər saatlarında Ənsarullah hərəkatı paytaxtın əsas obyektlərini ələ keçirdiklərini açıqlamışdılar. Günorta saatlarında isə Mənsur hadinin sığındığı Səudiyyə Ərəbistanına məxsus hərbi təyyarələr hərəkatın mövqelərini bombalamışdı.

Xatırladaq ki, Səudiyyə rejiminin birbaşa diktəsi ilə hökumət idarə edən Yəmən prezidenti Mənsur Hadi buna etiraz edən xalqa qarşı zor tətbiq etdikdən sonra ölkə boyu kütləvi aksiyalar həyata keçirilmişdi. Xalq Mənsur Hadidən islahatlar həyata keçirməyi və Səudiyyənin tapşırıqlarını yerinə yetirməməyi tələb edirdi. Uzun müddətli aksiyalar zamanı prezidentin əmri ilə xalqa qarşı sıxılan güllə vəziyyəti bir qədər də gərginləşdirdi və Mənsur Hadi ölkədən qaçaraq Səud rejiminə sığındı. Buradan isə öz xalqına qarşı müharibə elan etdi. Bəzi ərəb ölkələrini bu müharibəyə səslədi və yaradılan koalisiya bu gün də Yəməni bombalayır. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 27 milyon əhalisi olan Yəmənin təxminən 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.

Məqalədə : Yəmən 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
295

Bakıda uşaq poliklinikasında yanğın söndürülüb

21

Fevral
16:10
HÜQUQ,HADİSƏ
293

MSK-nın iclası başladı

21

Fevral
16:04
ÖLKƏ
295

I sinfə qəbul qaydaları açıqlanıb

21

Fevral
15:42
ELM / TƏHSİL
7510

DİM imtahanın nəticələrini açıqladı

21

Fevral
15:28
ELM / TƏHSİL
1858

22 fevral tarixiniə olan hava proqnozu

21

Fevral
13:36
ÖLKƏ
350
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2020 23:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru