Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Yanvar

2020
13:40
Nərminin qatili qohumlarından biri ola bilrə

Noyabrın 21-də Azərbaycanın Tovuz rayonunun Dondar Quşçu kəndində yoxa çıxan 10 yaşlı Quliyeva Nərmin Şərif qızının qatili qohumlarından biri ola bilər. Hazırda istintaq bunu ən çox ehtimal olunan versiya kimi irəli sürür.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, qız əmisi Lətif Quliyevin həyətindən yoxa çıxıb. Nərminin həyətə necə girməsini görən şahidlər tapılsa da, lakin heç kim qızın oradan necə çıxmasını görməyib.

Xatırladaq ki, polisin məlumatına görə, yanvarın 6-sı təxminən saat 21:00-da Nərminin yanmış cəsədi yaşadığı evdən 300 metr məsafədə aşkarlanıb.

Çərşənbə axşamı səhər saatlarında Baş Prokurorluğun əməkdaşlarından ibarət ekspert qrupu Bakıdan gələn zaman hüquq-mühafizə orqanları cəsədin qalıqlarını ekspertiza üçün onlara təhvil veriblər.

İlkin məlumatlara görə, faktla bağlı hələlik yalnız qızın cəsədinin alova büründüyünü ilk görən şəxs - qonşusu (istintaq maraqları naminə adı açıqlanmır) saxlanılıb. Cinayətin təfərrüatlarının müəyyən edilməsi üçün hazırda saxlanılan şəxs dindirilir.

Əslində cinayətdə istintaq-əməliyyat qrupunun üzvləri qurbanın yaxınlarından şübhələnir. Hazırda bütün şübhəlilər dindirilir, lakin hələlik konkret şəxsə işarə edən sübutlar yoxdur.

Versiyalardan birinə görə, cəsədin yandırılma yeri (evin yaxınlığında) təsadüfən seçilməyib.

“Bu yolla cinayətkar şübhələri öz üzərindən atmaq və məntiqi izahla əməliyyatçıları yanıltmaq istəyir: “Əgər bu, mən olsaydım, cəsədi öz evimin yanında yandırardımmı?”. Quliyevin bütün qardaşları Lətif, Arif və Şərif bir-birilərinə çox yaxın yerlərdə yaşayırlar. İşlər davam etdirilir və tezliklə qatilin kimliyi müəyyənləşdiriləcək”, - mənbə bildirib.

Maraqlıdır ki, Nərminin yoxa çıxmasından ən çox onun nənəsi narahat olub. Uşağın valideynləri şübhəli dərəcədə sakitlik nümayiş etdirib. Baxmayaraq ki, öldürülən uşağın anası da həmçinin, qızının qaynının həyətindən yoxa çıxdığını təsdiqləyir.

İstintaq davam edir. (oxu.az)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müəllimlərin işə qəbulunda yenilik - VİDEO

21

Yanvar
18:05
ELM / TƏHSİL
885

Məktəblərdə qış tətilinin vaxtı açıqlanıb

21

Yanvar
17:43
ELM / TƏHSİL
839

Kriminal avtoritet “Osman Gəncinski” saxlanılıb

21

Yanvar
17:30
HÜQUQ,HADİSƏ
245

Ramiz Zeynalov Vilayət Eyvazova hesabat verdi

21

Yanvar
16:15
HÜQUQ,HADİSƏ
280

Şagirdlərin yerdəyişməsi dayandırlır

21

Yanvar
15:10
ELM / TƏHSİL
1607

Sumqayıtda cibgirlər saxlanılıb

21

Yanvar
15:02
HÜQUQ,HADİSƏ
229

Tağı Əhmədov bəzi deputatları tənqid edib

21

Yanvar
14:45
SİYASƏT
1486
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-01-2020 19:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru