Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Fevral

2020
17:08
Nərminin nəsənisdən ŞOK AÇIQLAMA: Hamı bilir ki, kim öldürüb

Tovuzda qətlə yetirilərək yandırılan 10 yaşlı Nərmin Quliyevanın nənəsi Minayə İsmayılova qeyd edilən cinayətlə bağlı sosial şəbəkədə yayılan səs yazısına münasibət bildirib.

M.İsmayılova qətldə adı hallandırılan Altay Ələkbərovu tanıdığını bildirib:

"Altayı tanıyıram. Qızımgilin qonşusudur və həqiqətən də "VAZ 2107" markalı avtomobili var. Altay kənddə suvaqçı və fəhlə işləyir. Hadisəni onun törətdiyini deyirlər, amma hüquq-mühafizə orqanları bu barədə bizə heç bir məlumat verməyib. Deyirlər, Nərmini o öldürüb, amma mənim məlumatım yoxdur. Altay, Famil müəllim var, onun oğludur. Onu tutsalar, Nərmini kimin öldürdüyü bilinər. Altayın qardaşı Aqil var, hadisədən bir müddət əvvəl həmin Aqilin heyvanı itmişdi, bizdən şübhələnirdilər. Amma sonra heyvan başqa yerdən tapıldı. Amma Altayın Nərmini öldürdüyü vaxt onu gördüyü deyilən Asif Ələkbərov və Vüsal Zalovu tanımıram".

Nənəsi deyir ki, Altay Ələkbərovun yeznəsi Fikrət adlı şəxs, həqiqətən, polis mayorudur: "Fikrəti də tanıyıram, polisdə işləyir, bu yaxınlarda eşitmişəm ki, onu da işdən çıxarıblar. Fikrət mənim qonşumdur, Altayın isə yeznəsidir. O gün dedilər ki, onu da işdən çıxarıblar. Bilmir özü çıxıb yoxsa işdən çıxarıblar".

M.İsmayılova Nərminin yaxın qohumlarının qatili tanıdığını bildirib: "Hamı bilir ki, Nərmini kim öldürüb, hər şeyi bilirlər, polisə aparsalar, hamısı aydın olacaq. Mənə heç nə demirlər. Qızımgil də hadisədən sonra qayınatasıgildə qalır, mən görmürəm".

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızı 21 noyabr 2019-cu il tarixdə itkin düşüb. Bu il yanvarın 6-da Nərmin Quliyevanın qətlə yetirilərək yandırılmış meyiti evlərinin yaxınlığında aşkar edilib. Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində hadisədə şübhəli bilinən, Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov şübhəli şəxs qismində saxlanılıb.(trend)

Məqalədə : Nərmin Quliyeva cinayət 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Magistraturaya imtahanın vaxtı açıqlanıb

18

Fevral
11:40
ELM / TƏHSİL
157

Xarici valyutaların manata qarşı məzənnələri

18

Fevral
09:40
İQTİSADİYYAT
327

Dövlət büdcəsində 418 milyon manat qalıq yaranıb

17

Fevral
18:12
İQTİSADİYYAT
366
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-02-2020 12:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru