Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Fevral

2020
15:20
Nərminin atası yayılan səsyazısından danışdı

Ötən il Tovuz rayonunda itkin düşmüş 10 yaşlı Nərmin Şərif qızı Quliyevanın qətlilə bağlı səs yazısı yayılıb. Naməlum şəxs Nərminin qatilinin İlkin Süleymanov olmadığını iddia edir. O, bildirir ki, qətli törədən kənd sakini Altay Ələkbərovdur.

FaktXəbər "modern.az"-a istinadən xəbər verir ki, məsələ ilə bağlı danışan Nərminin atası Şərif Quliyev səs yazısından xəbərdar olduğunu deyib: "Məsələ prokurorluğun nəzarətindədir. Mən bir ata kimi dövlətimdən, hüquq mühafizə orqanlarından, prokurorluqdan məlumat gözləyirəm".

Ş.Quliyev Altay Ələkbərovu tanıdğını qeyd edib: "Əlbəttə tanıyıram, kəndlimizdir, cavan adamdır. Amma bu işdə onun günahı varmı-yoxmu, bunu prokurorluq araşdırır. Əlavə heç bir bilgim yoxdur. Amma videoda danışanın bizim kənddən olmadığını bildirirlər. Mən prokurorluq nə deyəcəksə, ona inanacağam. Bu işi bilənlər araşdırır. Tək istəyim balamın qatilinin tapılması və cəzasını almasıdır".

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Məqalədə : Nərmin Quliyeva 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
573

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
457

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
705

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
549

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
470
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 21:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru