Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Avqust

2009
17:40
Novruzəli Məmmədov həbsxanada dünyasını dəyişdi
Dünən Talış mədəniyyət mərkəzinin rəhbəri və "Tolışi sədo" qəzetinin baş redaktoru, 68 yaşlı Novruzəli Məmmədov cəza çəkdiyi həbsxanada vəfat edib.

Dünən  Talış mədəniyyət mərkəzinin rəhbəri və   «Tolışi sədo» qəzetinin baş redaktoru, 68 yaşlı  Novruzəli Məmmədov cəza çəkdiyi həbsxanada vəfat edib. Bu barədə «Turan»a  N.Məmmədovun  hüquqlarının müdafiə komitəsinin sədri Hilal Məmmədov bildirib. Onun sözlərinə görə, N.Məmmədovun həyat yoldaşına həbsxana xəstəxanasından zəng vuraraq ərinin öldüyünü bildiriblər.
O, ciddi xəstəlikdən əziyyət çəksə də həbsdən buraxılmadı. Belə görünür ki, bu məsələ hakimiyyətin səhvindən xəbər verir. Bu gün onun həbsxanada vəfat etməsi, talışların yanında onun qəhrəman olmasına gətirib çıxara bilər ki, bu da müsbət hal kimi qəbul edilməyə bilər.

 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 12:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com