Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Avqust

2019
12:18
1106
Nikah olmasa da, insanlar müayinədən keçməlidir ki...

2019-cu ilin iyul ayı ərzində evlənmək istəyən 14 303 nəfər tibbi müayinədən keçib. Onlardan 4141 nəfərdə talassemiya daşıyıcılığı, 61 nəfərdə sifilis, 15 nəfərdə QİÇS aşkarlanıb.

FaktXəbər-in "Azvision"a istinadən məlumatına görə, bu barədə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.

İnstitut direktoru qeyd edib ki, müayinədən keçən 4 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkarlanıb:

"Bu cütülüklərə genetik konsultasiya verilir ki, hamiləlik olan kimi 12-18 həftəliyində müayinədən keçmək üçün müraciət etsinlər. Hamiləlik zamanı dölyanı maye götürülür, molekulyar genetik müayinə aparılır və uşağın xəstə, daşıyıcı və ya sağlam olduğu müəyyən edilir. Xəstə uşaq olanda tibbi yolla abort edilir. Bu könüllü aparılır. İndiyə qədər hamilə qadınlarda müşahidə edilən xəstə uşaqları valideynlər abort etdirib. Beləliklə, talassemiyalı doğulan uşaqların sayında əhəmiyyətli dərəcədə azalma müşahidə edilir. Bəzən erkən nikaha girən və ya rəsmi nikah olmadan ailə quran cütlüklərdə xəstə uşaq doğulur. Bu da onların müayinədən keçməməsi ilə əlaqədardır. Rəsmi nikah olmasa da, insanlar müayinədən keçməlidir ki, xəstə uşaqlar doğulmasın”.

Məqalədə : nikah evlilik 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
299

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
203

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
228

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
266

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
294

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
286

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
858

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
663
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-08-2019 08:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru