Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Sentyabr

2019
14:39
245
Nigeriyada 500 nəfərin saxlanıldığı `məktəbdən` xilas olunanlar danışıb
"Cəhənnəm əzabı kimi idi"

Nigeriyada polislərin keçirdikləri əməliyyat nəticəsində "məktəbdən" xilas edilən təxminən 500 adamın ifadəsi alınıb. FaktXeber.com-un BBC-yə istinadla məlumatına görə, onlar işgəncələrə və cinsi istismara məruz qaldıqlarını deyərək, yaşadıqlarını cəhənnəm əzabı ilə müqayisə ediblər.

Polis binada saxlanılan və ayaqlarından zəncirlənən insanların köləliyə məruz qaldıqlarını söyləyib. Bina məktəb kimi tanınsa da, əslində davranış problemləri olan gənclər üçün "islah evi" olduğu bilidirilir.

Şahidlərdən biri polis basqınından bir gün əvvəl qaçmağa cəhd etdiyini deyərək, köhnə bir generatora zəncirləndiyini və əlləri bağlı, tavandan asılı halda işgəncələrə məruz qaldığını söyləyib. O,  günün əksər vaxt ac qaldıqlarını, yalnız bir az düyü verildiyini və orada tutulanların hamısının enerjisini itirdiyini söylədi: “Çox sayda yaram var".

Bir neçə ildir fəaliyyət göstərdiyi təxmin edilən müəssisədən qurtulan uşaqların ən kiçiyi beş yaşında olub.

Hadisə ilə əlaqədar 7 nəfər saxlanılıb.

Kaduna əyalət hökuməti bölgədəki bütün məktəblərin yoxlanılacağını açıqlayıb.

Məqalədə : Kaduna Nigeriya işgəncə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
47

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
319

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
144

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
64

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
131

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
53
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 01:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru