Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 İyul

2019
11:35
İngiltərədə trans qorxusu: uşaqlar təhlükə altında

Böyük Britaniyada uşaqlara cinsiyyət məsələləri üzrə konsultasiya verən yeganə klinikada psixoloji dəstək olmadan cinsiyyət dəyişdirilmə əməliyyatlarının keçirilməsi ortaya çıxıb. FaktXəbər bildirir ki, bu barədə "The Guaridan" qəzeti yazıb.

Nəşrin yazdığına əsasən, cinsiyyət dəyişdirmə əməliyyatı keçirən İctimai Cinsiyyət Kimlik İnkişaf Etdirmə Xidməti (GIDS) nəzdində uşaqlara xidmət göstərən Tavistock və Portman Klinikasının keçmiş rəhbəri Mark Evans, təzyiqlər nəticəsində istefa verdiyini açıqlayıb.

Evans əməliyyatı keçirmək istəməyən klinika işçilərinin trans lobbiləri tərəfindən transfobik və cəhalətlə günahlandırdığını deyib: "Uşaqlar aldıqları yanlış hormanlar görə sonrakı yaşlarda ruhi və cismi sıxıntı yaşayırlar. Gənclər bu prosesdə problemlərini anlaya biləcək və uzun perspektivdə özlərini anlayacaq klinik bir yardıma ehtiyac duyurlar. Məktəb rəsmiləri və ruhi sağlamlıq xidmətinin işçiləri isə qeyri-obyektiv qərarlar qəbul edərək uşaqların səhv cinsiyyətlə doğulmasına dair inamlarını təsdiq etmək üçün transseksual qrupların təzyiqlərinə boyun əyirlər".

Qeyd edək ki, 2013-ci ildə klinikada həyata keçirilən cinsiyyət dəyişdirmə əməliyyatlarının sayı 468 idisə, 2018-ci ildə bu rəqəm 2 min 500-ə çatıb.

Trans əməliyyatlardakı bu artımın ən böyük səbəbinin sosial media olduğunu dilə gətirən Evans, KİV-ləri də transfobik adlandırılmaq qorxusu ilə həqiqətləri üzə çıxarmamaqda ittiham edib. 

Məqalədə : trans İngiltərə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İstirahət günlərinin hava proqnozu

28

Fevral
17:41
ÖLKƏ
364

Iranda daha 4 deputat koronavirusa yoluxub

28

Fevral
16:27
DÜNYA
364

Sabaha olan hava proqnozu açıqlanıb

28

Fevral
16:13
ÖLKƏ
425

Maştağada quş kəsimi sexi bağlanıb

28

Fevral
15:57
ÖLKƏ
406

Kirayə mənzillərə qeydiyyat başladı

28

Fevral
14:30
ÖLKƏ
412
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-02-2020 08:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru