Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 May

2020
14:16
İngiltərədəki terror şübhəliləri vaxt müddəti olmadan məhdudiyyətlərə məruz qalacaqlar

İngiltərə parlamenti bu gün yeni antiterror qanun layihəsini müzakirə etməyə başlayacaq.

Noyabr və fevral aylarında bıçaqlı hücumlardan sonra Boris Conson hökumətinin vəd etdiyi yeni qanunla, ciddi terror aktlarında iştirak edənlərə verilən minimum cəza 10 ildən 14 ilə qədər uzadılacaq.

Avtomatik erkən təxliyələrin sonunu nəzərdə tutan qanun qəbul edilərsə, qadağan olunmuş təşkilata üzv olmaq, qadağan olunmuş təşkilatı dəstəkləmək və terror təhsili veriləcək yerdə olmağa da ən azı 14 il həbs cəzası veriləcək.

Terror şübhəlilərinə də sərt nəzarət müddəaları tətbiq ediləcək.

Ediləcək düzəlişlə şübhəlilərin izlənməsi üçün istifadə edilən Terrorizmin Qarşısının Alınması və İstintaq tədbirlərinin əhatə dairəsi və müddəti genişlənəcək.

Cinayət təqibi əvəzinə gizli kəşfiyyata əsaslanan tədbirlərin həyata keçirilməsinə qoyulan maksimum 2 illik məhdudiyyət ləğv edilərək qeyri-müəyyən ediləcək.

Mümkün terror fəaliyyətinin sübut dəstəyi "ehtimal"dan "ağlabatan əsaslandırmaya" endiriləcək, nəzarətdə olan şübhəlilərə əlavə məhdudiyyətlər qoyulacaq.

Daxili İşlər naziri Priti Patel mövzu ilə əlaqədar verdiyi açıqlamada, noyabr və fevral aylarında terror məhbuslarının hücumlarının bu cür insanları qiymətləndirməsində ciddi qüsurlara yol verildiyini ortaya qoyduğunu bildirərək, "biz addım atacağımıza vəd etdik və bu gün bu vədimizi yerinə yetiririk. Başqalarının həyatına zərər vermək istəyənlərin onları dayandırmaq üçün əlimizdən nə gəlirsə edəcəyimizi bilməlidir", - deyə qeyd edib.

29 Noyabr 2019-cu il tarixində terrorçu məhkum Usman Xan Londonda 5 nəfəri bıçaqladıqdan sonra polis tərəfindən güllələnib. Qurbanlardan ikisi xəstəxanada ölüb.

Məqalədə : İngiltərə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlandı

31

May
14:00
ÖLKƏ
277

Qusarda hasar uşaqların üstünə aşıb

31

May
11:51
HÜQUQ,HADİSƏ
718
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-06-2020 02:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru