Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyun

2021
10:25
Netanyahu partiyasının hakimiyyətinə son qoyulub

İsrailin baş naziri Benyamin Netanyahunun rəqibləri sayilan  “Yeş Atid” partiyasının sədri Yair Lapid və "Yamina" partiyasının sədri Naftali Benet koalisiya hökuməti formalaşdırıblar.

Bu barədə Haaretz xəbər verib.

İsrail prezidenti Reuven Rivlin sözügedən hökümət ilə bağlı məlumatlandırılıb.

Razılaşmaya əsasən, Lapid və Benet bəzi nazirlikləri növbə ilə bir-birinə təhvil verəcəklər.

Qeyd edək ki, ötən həftə yerli media mənbələri İsrailin Baş naziri Binyamin Netanyahunun iki rəqib partiyasının koalisiya kabineti qurmaq barədə razılığından xəbər verib. Məlumata görə, sağçı "Yamina" partiyasının lideri Naftali Benet "Yeş Atid" partiyasının lideri və qurucusu olan Yair Lapid ilə koalisiya hökuməti qurmağa razılaşıb. Razılığa əsasən, Benet 2023-cü ilin sentyabrına qədər baş nazir vəzifəsini alacaq, bundan sonra isə onu 2025-ci ilin noyabrına qədər bu vəzifədə qalacaq Lapid əvəz edəcək. 

Netanyahu sözügedən razılaşmanı "təsəvvür olunmayan bir saxtakarlıq" adlandırmışdı.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ABŞ Husilərin legitimliyini tanıdı

25

İyun
10:25
DÜNYA
740
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2021 17:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru