Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Fevral

2020
14:27
Nazir müavini: Azərbaycanda hibrid maşınlar istehsal edilə bilər, amma...

“Nazirlər Kabinetinin ölkədə istehsal olunan minik avtomobillərinin yerli və xarici bazarlarda rəqabət qabiliyyətinin daha da artırılması məqsədilə minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün istehsal prosesində istifadə olunan ehtiyat hissələrinin idxalının gömrük rüsumlarından azad olunması məqsədilə verdiyi qərar hökümət tərəfindən bu sahəyə ciddi dəstəkdir”.

Bu barədə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

O vurğulayıb ki, Azərbaycanda avtomobil sənayesi yenidən qurulur: "Sovet dönəmində müəyyən işlər görülüb, amma bu işlər avtomobil sənayesi ilə bağlı olmayıb. Azərbaycanda qonşu ölkələrlə birgə həyata keçirilənqurulan avtomobil layihələrinə sahibkarlarin marağı böyükdür. Bununla yanaşı, sahibkarlarla müzakirə edilən digər layihələr də var. Bu sahəyə maraq var və hökümət tərəfindən belə qərarın qəbul olunması maliyyə dəstəyi kimi qiymətləndiriməlidir. Bu qərar buraxılan avtomobillərin maya dəyərinin azaldılmasına, eyni zamanda sahibkarların bu sahəyə yatırılan investisiyalarının artırılmasına təsir göstərən amildir. Bu, nəinki istehsala, istehlaka da təsir göstərən qərarlardır".

Azərbaycanda hibrid avtomobillərin istehsalı üçün zaman lazım olduğunu deyən nazir müavini bildirib ki, burada kifayət qədər böyük investisiya, texnologiya tələb olunur: "Bu məsələ də gündəmdədir. İqtisadiyyat Nazirliyi həm yerli, həm xarici iş adamları bu məsələləri müzakirə edir. Buna zaman lazımdır. Bu, ciddi hazırlıq işləri tələb edir. İstehlakçılarda buna ciddi təlabat olmalıdır. Ölkədə istifadə olunan hibrid avtomobillərinin əksəri ikinci əl bazarıdır və ona görə qiymətləri aşağıdır".

Məqalədə : hibrid avtomobil 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4829

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3277

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2634

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2183
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-04-2020 10:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru