Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Fevral

2020
14:07
Nazirlik ağac kəsən şirkətə 50 min manatlıq iddia qaldırdı

Bakının Nizami rayonu, K.Balakişiyev 32 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bunu jurnalistlərə ETSN-in Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin bildirib.

O qeyd edib ki, sözügedən ünvanda aparılan araşdırma ilə 3 şam ağacının “Karayev City” MTK tərəfindən tikinti işləri aparılan zaman ağır texnika ilə məhv edildiyi müəyyən edilib.

Faktla bağlı akt və protokol tərtib olunub. “Karayev City” MTK-nın hüquqi şəxs qismində 50 000 manat məbləğində cərimə olunması üçün toplanmış materiallar Nizami rayon Məhkəməsinə göndərilib.

S.Dərafərin yaşıllıqlara qayğı ilə yanaşan və onların mühafizəsinə həssas münasibət göstərərək nazirliyə məlumat verən ictimaiyyət və media nümayəndələrinə təşəkkür edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4318

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2965

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2405

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2020
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-04-2020 13:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru