Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 May

2017
20:21
Nazirlik: Valideynlərin tədris müddətinin azaldılması ilə bağlı istəyi əsassızdır

“Bu gün Azərbaycan dünyada ən az təhsil müddətinə malik olan ölkələrdən biridir. 2 il bundan öncə ölkədə tədris müddəti 32,8 həftə idisə, dəyişiklərdən sonra bu rəqəm 34 həftə olub”.

 

Bunu Təhsil Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, ölkədə orta təhsil müddəti digər ölkələrlə müqayisədə 6 həftə azdır.  Şöbə müdiri qeyd edib ki, ona görə də valideynlərin tədris müddətinin azaldılması ilə bağlı şikayəti əsaslı görünmür. 

 

Ölkədə təhsil müddətinin Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimləndiyini xatırladan nazirlik rəsmisi qeyd edib ki, artırılan tədris həftələrində hansı işlərin görüldüyü ayrı-ayrı məktəblərin, müəllimlərin davranışı ilə bağlıdır: “ Bir çox məktəblərdə müxtəlif ölçmə, qiymətləndirmə işləri aparılır. Bunun faydasını dərhal yox, uzun müddətdə görəcəyik. Təhsil müddətinin artırılmasının təhsilə çox böyük faydası var, nəinki azaldılmasının. Ölkədə dərslərin başlama və bitmə vaxtı müvafiq sənədlə tənzimlənir. Mövcud qaydalara görə, Azərbaycanda dərslər sentyabrın 15-də başlayır və iyunun 14-də başa çatır”.(APA)

Məqalədə : Təhsil Nazirliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43488

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41800

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43466

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42927

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48441

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42960

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43375
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-09-2020 19:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru