Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Fevral

2020
11:10
Nazir: “Azərbaycan qızıl hasilatında mühüm nailiyyətlər əldə edib”

Son illərdə Azərbaycan qızıl hasilatı sahəsində mühüm nailiyyətlər əldə edib. 

Bunu “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” mövzusunda sahibkarlarla görüşdə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

O qeyd edib ki, ölkəmizdə qızıl sənayesinin inkişaf etdirilməsi perspektivlərini müzakirə edərkən problemlərə də nəzərə salmalıyıq:Nazir: “Azərbaycan qızıl hasilatında mühüm nailiyyətlər əldə edib”

“İqtisadiyyatın şaxələndirilməsinin mühüm hissəsi dağ-mədən sənayesinin inkişafıdır. Regionlarda dağ mədən sənayesində qızıl istehsalı ilə yanaşı, digər qiymətli metalların istehsal potensialı böyükdür.

Azərbaycanın zərgərlik sahəsində tarixi ənənələri mövcuddur. Biz sıfırdan hər hansı işi başlamırıq. Zərgərlik sənayesinin yüksəldilməsi üçün ciddi dəstək verilməsi vacibdir. Stimullaşdırıcı amillərin artırılması zərgərlik sənayesinin inkişafında əhəmiyyətli ola bilər”.

Nazir sonra bildirib: “Təəssüf ki, sektorda şəffaflığın təmin edilməsi vacib məsələ olaraq qalır. Biz kölgə iqtisadiyyatının bu sahədə azaldılmasına nail olmalıyıq. Güzəştlər o şəxslərə verilir və veriləcək ki, şəffaf fəaliyyət göstərəcəklər. Bu sahədə rəqabət mühitinin olması bizim üçün əsas məqsədlərdən biridir. Zərgərlik sahəsində aparılan təhlillər burada bir sıra çatışmazlıqların olduğunu göstərir”. 

M.Cabbarov qeyd edib ki, yerli zərgərlik məhsullarına bazarda o qədər də rast gəlmək mümkün deyil:

“Bu, həm istehlakçıların hüquqlarına, həm də iqtisadiyyatımıza zərbə vuran məqamlardan biridir. Nəticə etibarı ilə qanuna riayət edən uduzur. Bu, ədalətli deyil. Biz bununla birmənalı şəkildə barışmayacağıq. Bazarda şəffaflığın təmin edilməsi dövlətin aidiyyəti strukturlarının üzərinə düşən əsas hədəflərdən biridir. Zərgərlik sahəsində çətinlikləri müəyyən etmək üçün qısa müddət ərzində ixtisaslaşmış assosiasiyasının yaradılması təqdirə layiqdir”.

Məqalədə : Nazir qızıl 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4853

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3303

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2639

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2188
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-04-2020 16:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru