
"Azərbaycan beynəlxalq humanitar hüququn normalarını rəhbər tutaraq əsir və girov götürülmüş mülki şəxslərin "hamının hamıya" prinsipi əsasında dəyişdirilməsi təklifi ilə çıxış edib".
Bunu Xarici İşlər Naziri Elmar Məmmədyarov 2019-cu ilin yekunlarına dair bir neçə KİV-in suallarını cavablandırarkən deyib.
"Ermənistan tərəfi isə mülki şəxslərin girov götürülməsini qadağan edən və hərbi münaqişələr zamanı mülki şəxslərə münasibətdə humanist davranış tələb edən 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarının müddəalarına zidd olaraq, beynəlxalq səviyyədə götürdüyü bu öhdəliklərini kobud şəkildə pozmaqda davam edir. Artıq 5 ildir ki, soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistan tərəfindən girovluqda saxlanılır, həm də işğal olunmuş ərazilərimizdəki qanunsuz rejimin qurama “məhkəmə qərarı” ilə. Ermənistan tərəfinin “cinayətkar” kimi qələmə verdiyi bu şəxslər, Azərbaycanın hazırda hərbi işğal altında olan Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət etmək üçün öz torpaqlarına gediblər; əgər öz doğma evlərinə getmək cinayətdirsə, o zaman bu insanları yaşadıqları torpaqlardan qovub onları fundamental hüquqlarından məhrum etmək nədir?!
Bilirsiniz, Ermənistan tərəfi artıq anlamalıdır ki, etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlının fundamental hüquqları bərpa olunmadan və bu insanlar öz evlərinə geri qayıtmadan münaqişənin həlli istiqamətində irəliləyiş mümkün deyil. Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə Ermənistanın işğalçı tərəf kimi məsuliyyətini müəyyən etməklə bərabər, azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və ya daimi yaşayış yerlərinə qayıtmaq hüququnu bir daha təsdiq edib. Qeyd etmək istərdim ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəkilləri Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlə müraciət ediblər və Azərbaycan Hökuməti də bu işdə iştirak edir. Ümid edirik ki, Məhkəmə tezliklə bu işlə bağlı öz mövqeyini açıqlayacaq", - XİN başçısı vurğulayıb.(Report)

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 09:50 Kərəm Həsənovun kadrları işdən çıxarıldı - SİYAHI
- 23-06-2020 17:45 "Düşmənə qarşı hamılıqla səfərbər olmalıyıq" - Hacı Mövsüm Səmədov
- 19-06-2020 13:42 Vəzifəli və hüquqi şəxslərlə bağlı yükək məbləğdə yeni cərimələr müəyyən edilir
- 19-06-2020 12:20 Samir Şərifov deputatı sərt tənqid etdi
- 19-06-2020 11:58 Dövlət büdcəsinin icrası son oxunuşda təsdiq edildi
- 19-06-2020 11:49 Millət vəkili 190 manatın iyun və iyul aylarında da verilməsini təklif edib
- 19-06-2020 09:32 Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək
- 17-06-2020 15:07 İranlı nazir Şahin Mustafayevə zəng edib
- 17-06-2020 13:21 İran Azərbaycana təşəkkür etdi
- 16-06-2020 16:45 Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi məlum oldu
- 16-06-2020 16:05 H.Hacıyev Dağıstanda azərbaycanlılarla bağlı baş vermiş hadisəni şərh edib
- 12-06-2020 13:26 Dövlət büdcəsinin icrası təsdiq edildi
- 12-06-2020 09:07 Bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçiriləcək
- 11-06-2020 08:52 Sabah Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçiriləcək
- 10-06-2020 17:42 M. Elmar : Azərbaycan İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir
- 10-06-2020 14:44 Azərbaycan XİN bəyanat yayıb
- 10-06-2020 13:50 Azərbaycanla Türkmənistan arasında ikitərəli sənədlər təsdiqlənib
- 10-06-2020 12:04 Azərbaycan Yəmən xalqına yardım edib
- 09-06-2020 12:05 Milli Məclis iki yeni qanun layihəsinin müzakirəsini təxirə saldı
- 08-06-2020 13:31 Azərbaycanda bir qəsəbəyə şəhər, iki kəndə isə qəsəbə statusu verilir
- 08-06-2020 10:10 Babək rayonunun ərazi bölgüsündə dəyişiklik müzakirə ediləcək
- 05-06-2020 10:40 Mətbuat Şurası jurnalistlərə müraciət edib
- 05-06-2020 09:52 Bu gün növbədənkənar iclasda 4 məsələ müzakirə ediləcək
- 04-06-2020 09:34 Bu gün keçirilən iclasda bir neçə qanun layihəsini müzakirə ediləcək
- 02-06-2020 12:43 Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası təyin edilib