Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Noyabr

2019
14:31
Nazir: `Rusiya Azərbaycan iqtisadiyyatına 5 mlrd. dollar investisiya yatırıb`

“Rusiya Azərbaycan iqtisadiyyatına 5 milyard dollar, Azərbaycan isə Rusiya iqtisadiyyatına 1 milyard 200 milyon dollar məbləğində investisiya yatırıb”.

Bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Moskvada keçirilən X Rusiya-Azərbaycan Regionlararası Forumunda bildirib.

M. Cabbarov Azərbaycanda dövlət tərəfindən sahibkarlığa yüksək səviyyədə dəstək göstərildiyini, bu sahədə xüsusi qanunvericilik aktlarının, habelə xüsusi sənaye parklarının, texnoparkların yaradıldığını, güzəştli kredit sisteminin, fiziki şəxslər üçün vergi güzəştlərinin tətbiq edildiyini qeyd edib.

Nazir “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin əhəmiyyətini vurğulayaraq hazırda kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı ilə yanaşı, Azərbaycan sərmayədarlarının bu ölkədə lokal istehsala investisiyalar qoyduqlarını da qeyd edib.

İqtisadiyyat naziri çıxışında Azərbaycanda rus dilinin qorunub saxlanması və inkişaf etdirilməsi, ölkəmizdə Rusiya ali məktəblərinin filiallarının açılmasına, turizm və digər mövzulara da toxunub.(APA)

Məqalədə : Rusiya Azərbaycan iqtisadiyyat 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bələdiyyə seçkilərində “Exit-poll” keçirilməyəcək

11

Dekabr
19:05
BÖLMƏNİ DÜZ SEÇ!
221

Elmar Məmmədyarov Latviyaya gedib

11

Dekabr
16:08
SİYASƏT
251

Məşhur diktor deputat olmaq istəyir

11

Dekabr
16:05
SİYASƏT
374
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2019 05:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru