Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Fevral

2020
18:00
Nazir: `Pensiya artımları üzrə pensiyaçılara illik əlavə 1 milyard manat ödəniləcək`

"Ötən ilki və hazırki pensiya artımları üzrə pensiyaçılara illik əlavə 1 milyard manat ödənəcək".

Bunu Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 6 fevral 2020-ci il tarixli sərəncamının icrası ilə əlaqədar mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, Prezident İlham Əliyevin bugünki sərəncamı ilə orta aylıq pensiya məbləği 262 manatdan 300 manatadək yüksəlib. Artım 2020-ci ilin 1 yanvar tarixindən tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək.

S. Babayev bildirib ki, işləyən əhalinin fərdi hesablarındakı pensiya kapitalı da Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata uyğun olaraq, istehlak qiymətləri indeksinin 2019-cu il üzrə illik səviyyəsinə uyğun səviyyədə indeksləşdirilməklə yanvarın 1-dən 2,6 faiz artırılacaq: "Həmin kapitallarda artım isə sığortaolunanlara gələcəkdə təyin olunacaq pensiyaların məbləğinin artımına əsas yaratmış olur. Bu, bir tərəfdən də əmək müqaviləsi ilə çalışaraq sosial sığorta sistemində fəal iştirak üçün bir stimuldur".

Nazir qeyd edib ki, bu, qeyri-formal məşğulluq sahəsində işləyən vətəndaşlara bir mesajdır: "Bununla onlar da öz əmək fəaliyyətlərini rəsmiləşdirsinlər, pensiya kapitallarına malik olsunlar ki, hər il dövlət tərəfindən həmin pensiya kapitallarının indeksləşdirilərək artırılması imkanından faydalansınlar. Beləliklə də gələcəkdə pensiya təminatı hüququna sahib olsunlar".

Məqalədə : pensiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əfqanıstanda bombalı hücum baş verib

26

Fevral
18:10
DÜNYA
200

Azərbaycan balı ucuzlaşacaq

26

Fevral
17:35
İQTİSADİYYAT
376

Fevralın 27-nə manatın məzənnəsi

26

Fevral
17:30
İQTİSADİYYAT
240

Adam öldürüb 25 il gizləndi

26

Fevral
16:57
DÜNYA
337

Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib

26

Fevral
16:10
HÜQUQ,HADİSƏ
2046

Dünyanın ən populyar smartfonunun adı açıqlandı

26

Fevral
15:11
İQTİSADİYYAT
424
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-02-2020 04:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru