Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

28 Mart

2017
14:47
469
Nazir: "Bəzi kitabxanalar bağlanacaq"

"Kitabxana şəbəkəsində müəyyən islahatlar aparılır. Biz işləməyən, özünü doğrultmayan, əhalimizin tələblərinə cavab verməyən məkanların bağlanılmasının tərəfdarıyıq”.

FaktXəbər-in APA-ya istinadən verdiyi məlumata görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində Sabunçu rayonunda yaradılan yeni konsepsiyalı ilk kompleks-kitabxananın açılış mərasimində deyib.

Nazir qeyd edib ki, müasir texnologiyaların tətbiq olunması və yeni imkanların açılmasına görə kitabxana iş formatını dəyişməlidir:

“Bugünkü açılış mərasimi məhz bu axtarışların nümunəsidir. Zəngin tarixə malik olan kitabxanada yeni formatda xidmətlər təqdim olunacaq. Hesab edirəm, bu bir neçə məkanda tətbiq olunmalıdır. Burada sərbəst internet var, kitab mübadiləsi həyata keçirilir. Eyni zamanda kompleksə daxil olan Asudə Vaxt Mərkəzində şahmat, xarici dil, rəqs və digər dərnəklər fəaliyyətə başlayacaq. Sözsüz ki, bu xidmətlər müəyyən ödənişlər əsasında həyata keçiriləcək. Bu, kitabxananın fəaliyyətinə töhfə verəcək. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən gerçəkləşən layihə çox müsbət bir təcrübədir. Ümid edirəm, bizim regional idarələr də bundan nümunə götürəcək, müxtəlif bölgələrdə bu cür mərkəzlərin yeni üslubda fəaliyyətinin təmin olunması üçün işlər aparacaqlar”. 

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com