Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Oktyabr

2019
16:21
Naxçıvandan Ermənistana keçən bəbirlər minaya düşüb

"Gələn il Azərbaycanın Milli Parklarında quraşdırılması üçün daha 40 fototələ alınacaq".

Bunu Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov deyib.

Onun sözlərinə görə, 50-yə yaxın yeni fototələ alınıb: “Bu il əlavə fototələlər almağa imkanımız yoxdur. Amma gələn il bunu həyata keçirə biləcəyik. Gələn il üçün 40-a yaxın fototələlərin alınması nəzərdə tutulur. Hazırda yalnız iki - Zəngəzur və Hirkan Milli Parklarında, ümumilikdə, 120 fototələ var. Fototələlər, əsasən, “Bəbirlərin mühafizəsi” layihəsi çərçivəsində alınıb. Amma bu qurğu yalnız bəbirləri deyil, qarşısından keçən bütün heyvanları çəkir”.

“Fototələ, ilk növbədə, quraşdırıldığı ərazidə heyvanların olub-olmamasını müəyyən etməyə kömək edir. Fototələlər heyvanların cığırları üzərində yerləşdirilir. 10-15 metrdən keçən heyvanların şəklini çəkir. İkincisi, həmin heyvanların cinsini, yaşını, heyvanların gəzmə arealını, fəsli və gündəlik miqrasiyasını müəyyənləşdirir. Misal olaraq, Naxçıvanda bəbirlərdən bir neçəsi Ermənistana keçərkən minaya düşmüşdü və gördük ki, erkək bəbirlərin ayaqları yaralanmışdı. Fototələlər vasitəsilə müşahidə etdik ki, onlar bir ay çox zəifləmişdilər, sonra isə yenidən adaptasiya oldular. Hətta bəbirlərdən biri 3 ayaqla 170 km yol qət etmişdi” - deyə o vurğulayıb.(Report)

Məqalədə : Bəbir 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42711

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41065

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42638

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42139

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47632

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42081

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42456
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2020 00:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru