Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Sentyabr

2019
17:46
Natiq Cəfərli: Hökumət heç özünə sual verirmi ki...

“Azərbaycanda yanvarın 1-dən texniki baxış rüsumu 20 manatdan 30 manata qaldırılır, amma bütün sahələrdə olduğu kimi, bu məsələdə də hökumət işin fəlsəfənisi, məğzini anlamır, ancaq rüsum qaldırmaqla kifayətlənir.

Texniki baxış ölkədə çoxdan tam formal bir prosedurdur, hökumət heç özünə sual verirmi ki, texniki nasazlığa görə baş verən qəzaların azalması baş veribmi?! Yoxsa əsas məsələ pul yığmaqdır? Nədən dövlət qurumu bu sahədə inhisarçı olmalı, nə səbəbə sürücülər texniki baxış üçün ancaq bir yerə getməli, saatlarla zaman xərcləməlidirlər?!”

FaktXəbər-in məlumatına görə, bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli səsləndirib.

“Gürcüstanda 89 şirkət dövlətdən texniki baxış keçirmək üçün lisenziya alıb, sürücü bu obyektlərin istənilən birinə gedib doğrudan da texniki baxışdan keçir, özü də bu proses zamanı ödəniş nəğd qəbul edilmir, ancaq xüsusi hesaba pul keçirməklə (küçələrdə olan istənilən aparatdan) texniki baxışdan keçir, növbələr olmur, maşında texniki nasazlıq olanda mütləq aradan qaldırılması tələb olunur.

Beləliklə də bu prosedur sürücüyə də, biznesə də, dövlətə də lazımlı qaydada həyata keçirilir, qəzaların azalmasına, biznesin inkişafına xidmət edir.

Hökumət anlamalıdır ki, texniki baxış pul yığmaq üsulu deyil də, qəzaların azaldılması üçün profilaktik addımdır və bunu DİN yox, dövlətdən müvafiq lisenziya alan biznes qurumları həyata keçirməlidir. Bu işi biznes görsə, daha diqqətli və tələbkar olacaq, texniki nasazlığa göz yummayacaq, çünki təsbit edilmiş problemləri ayrıca həll edib, pul qazanmaq marağı yaranacaq.

Hökumət hələ də sovetdənqalma alışqanlıqla insanı idarə etməyə çalışır, halbuki ən effektiv yol insanın özünü deyil də, marağını ağılla və ədalətli idarə etməkdir”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43104

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41428

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42992

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42502

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48033

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42495

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42863
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2020 11:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru