Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Fevral

2020
16:29
MSK-nın iclası başladı müraciət və şikayətlərə baxılır

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilir. İclasda fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı müraciət və şikayətlərə baxılır.

MSK-nın iclasında 38 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsindən daxil olmuş müraciətlərə baxılıb və DSK-ya göndərilməsinə qərar verilib.

MSK katibi Arifə Muxtarova bildirib ki, 56 saylı Xaçmaz Kənd və 62 saylı Saatlı Seçki dairələri üzrə daxil olan müraciətlər qanunvericilikdə nəzərdə tutulan vaxtlarda təqdim edilməyib.

92 saylı Ucar-Zərdab Seçki Dairəsi üzrə də daxil olan müraciət vaxtında təqdim olunmayıb. Buna görə də şikayətlərin geri qaytarılması qərara alınıb.

30 saylı Suraxanı birinci seçki dairəsi üzrə namizəd Rəfullayeva Samirənin müraciətinə baxılıb. Müraciətdə həmin dairə üzrə bir neçə seçki məntəqəsində pozuntu hallarının baş verməsi qeyd olunub.

MSK üzvü İlham Məmmədovun sözlərinə əsasən, müraciət araşdırılıb və həmin seçki məntəqələri üzrə Seçki Məcəlləsinin tələblərinə zidd hərəkətlərə yol verilib. İ.Məmmədov həmin dairənin 12, 14, 16, 18 saylı məntəqələri üzrə səsvermənin nəticəsinin etibarsız sayılmasını təklif edib.

Təklif səsə qoyularaq qəbul edilib.

Məqalədə : MSK seçki 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4848

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3292

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2639

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2188
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-04-2020 12:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru