Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyun

2019
16:12
2599
Müqəddəs Quranda adı çəkilən meyvə - ƏNCİR

Əncir meyvəsinin tərkibindəki efir yağı qanın qatılaşmasının qarşısını alır. Əgər siz bir ay ərzində gündə bir əncir yesəz, bunun təsirini tez bir zamanda hiss edə bilərsiniz.

Quranda da adı çəkilən əncirin möcüzəvi təsirini təqdim edirik.

Əncir bu xəstəliklərdə müalicəvi təsirə malikdir:

Yüksək temperatur, boğaz ağrısı, ağız boşluğunun infeksiyası, bronxit.

Bunun üçün nə etmək lazımdır:

1 xörək qaşığı doğranmış əncirin üzərinə 2 stəkan qaynar su töküb, 10 dəqidə vam odda dəmləmək lazımıdır. Hazır olandan sonra bu içkini əvvəl soyudub, sonra süzün. Gündə 4 dəfə az-az bu içkidən içsəz, tez bir zamanda özünüzü yaxşı hiss edəcəksiniz.

Yorğunluq, zəiflik və əsəb gərginliyi

Bunun üçün 1 stəkan ilıq südə 4-5 dənə əncir əlavə edib 4-5 saat saxlayın. Sonra süzüb yumşalmış əncirləri bölüb, 3-4 dəfəyə yeyin. Bu vasitə sizin əsəb sisteminizi sakitləşdirəcək, günboyu sizi gümrah edəcək.

Sidik kisəsində daş, sistit xəstəliyi, idrar zamanı göynəmə

3-5 ədəd əncirin üzərinə 200 millilitr isti su əlavə edərək 5 dəqiqə qaynadılır. Sonra meyvələr əzilərək püre halına gətirilir. Gün ərzində bu qarışımı fasilələrlə qəbul edin.

Bu bədəndəki iltihabı prosesi aradan qaldırmağa sizə yardımçı olacaq.

Bundan əlavə əncirin immun sisteminin möhkəmlənməsin də xüsusi yeri var.

Bunun üçün siz əncir salatı hazırlayıb, səhər yeməyində istifadə edə bilərsiniz. Bu salat sizi uzun müddət tox saxlamaqla yanaşı, ürək- damar sisteminizi də qoruyacaq.

Salat necə hazırlanır?

300 qr əncir;

150 qr qara gavalı;

2.5 xörək qaşığı badam;

1 stəkan kefir;

Rəndələnmiş portağal qabığı;

Qara gavalı və əncirləri xırda-xırda doğrayın. Badamın qabıqlarını təmizləyib, xırdalayıb əncirin üzərinə əlavə edin. Sonda kefiri də əlavə edib, portağal qabığını üzərinə səpin. 

Bu qarışımı hər səhər yesəz, gün boyu özünüzü gümrah, enerjili hiss edəcəksiniz.

Çalışın hər zaman sağlam olun!

Məqalədə : əncir 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Keşlə" argentinalı futbolçu aldı

17

İyun
15:20
İDMAN
1202

Xırdalanda qəza yolu bağladı

17

İyun
14:19
HÜQUQ,HADİSƏ
1370

Azərbaycan qazı Avropaya çatdırılıb

17

İyun
14:13
İQTİSADİYYAT
1822

İlon Mask Twitter-ini bağladı

17

İyun
12:31
DÜNYA
1119

Bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB

17

İyun
12:24
İQTİSADİYYAT
1466

Ağstafadakı gülləbarana dair RƏSMİ AÇIQLAMA

17

İyun
12:05
HÜQUQ,HADİSƏ
1202

Rəqibini yıxaraq çempion etdi - VİDEO

17

İyun
11:33
İDMAN
1818
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 06:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru