Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 İyul

2019
11:02
Moskvada Qarabağ məsələsinə baxan diplomat dəyişir

Rusiya Xarici İşlər Nazirliyində Dağlıq Qarabağ münaqişəsi və keçmiş sovet respublikalarındakı digər münaqişələrlə məşğul olan diplomat dəyişir. Bu vəzifəyə Rusiyanın Ermənistandakı keçmiş səfirinin təyin olunacağı gözlənilir.

“Kommersant”ın yazdığına görə, indiyədək bu münaqişələrlə məşğul olan xarici işlər nazirinin müavini Qriqori Karasin Federasiya Şurasının üzvlüyünə namizəd göstərilib. Onun yerini kimin tutacağı isə faktiki olaraq müəyyənləşib.

Belə ki, XİN-də yüksək posta hazırda üç nəfərin namizədliyi nəzərdən keçirilir. Onların içərisində əsas namizəd XİN-in konsulluq departamentinin rəhbəri İvan Volınkindir. 60 yaşlı Volınkin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunudur, SSRİ-nin və sonradan Rusiyanın ABŞ, Yuqoslaviya Gürcüstan, Serbiya və Monteneqro, Makedoniyadakı səfirliklərində işləyib.

2009-2013-cü illərdə xarici işlər naziri Sergey Lavrovun köməkçisi, nazirliyin baş katibliyinin direktor müavini olub. 2013-2018-ci illərdə isə Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri işləyib.

Təcrübəli diplomat Qriqori Karasinin Federasiya Şurası üzvlüyünə namizədliyini Saxalin vilayətinin qubernatoru irəli sürüb. Avqust ayında onun 70 yaşı tamam olur. Karasinin uzun illərdir Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları, o cümlədən Dnestryanı münaqişəni,

Belarusla müntəzəm olaraq baş qaldıran ticarət müharibəsini kurasiya edib. Rusiya XİN-də bu istiqamətdə işin spesifikası ondan ibarətdir ki, həmin ölkələrlə bağlı qərarlar əsasən nazirlikdə deyil, Kremldə qəbul edilir./Virtualaz.org

Məqalədə : Qarabağ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bələdiyyə seçkilərində “Exit-poll” keçirilməyəcək

11

Dekabr
19:05
BÖLMƏNİ DÜZ SEÇ!
120

Elmar Məmmədyarov Latviyaya gedib

11

Dekabr
16:08
SİYASƏT
196

Məşhur diktor deputat olmaq istəyir

11

Dekabr
16:05
SİYASƏT
301

Bərdədə evdə partlayış olub, xəsarət alan var

11

Dekabr
14:46
HÜQUQ,HADİSƏ
225
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2019 19:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru