soyqirim
"VƏTƏN DAŞLARI" VƏTƏNDAŞLARIN ALQIŞINI QAZANDI
Mədəniyyət və Turizm İdarəsi Bakı Şəhər Mədəniyyət Evləri nəzdində fəaliyyət göstərən Dram dərnəkləri arasında təşkil etdiyi Xalq Teatrları festivalı bu il də maraqlı və baxımlı tamaşalarla yadda qaldı.
25-04-2011

FaktXeber.com-un verdiyi məlumata görə, festival iştirakşılarının tamaşalarına aprel ayının 18-19-20-də baxışlar keçirilib. Müsabiqədə münsiflər heyyətində əməkdar artis Azad Şükürov, incəsənət xadimi Loğman Kərimov, Könül Axundova, bəstəkar Aydın Əzimov və Atababa müəllim iştirak edirdilər.
Festivalda iştirakçılar sırasında Hacı Ağa Abbasov adına Maştağa mədəniyyət evinin nəzdində Məmmədhüseynzadə Mehriban xanımın rəhbərliyi ilə fəaliyyət göstərən Dram dərnəyi Sevin Əliyevanın yazdığıı Vətən daşları adlı əsəri səhnələşdirmişdilər. Əsərə quruluş verən rejissor Anar Sadıqov və Mehriban xanım, festivala çox yüksək səviyyədə əmək sərf edərək meydan stilli teatralı kompozisiya hazırlamışdılar.


Tamaşa Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda gedən mübarizələrdə - 20 yanvar və Xocalı faciələri zamanı 3 oğlunu, bir müddət sonra isə həyat yoldaşını itirən Kərəm kişinin faciəli dramından bəhs edir.
Baş rollardan biri olan Kərəm kişi obrazını ifa edən
Elçin Hacıyev çox böyük məharətlə obrazın öhdəsindən gəldi. Mehriban xanımın Səriyyə obrazında ifası tamaşaçıların gözünü yaşartdı. Həmçinin rollarda: Sabir  Cahangirov Əlif, Mədəd - Rəsulov Elşən, Mahir - Məlikov Abdulla, Nərgiz  Quliyeva Ülviyyə, Əhməd dayı  Məmmədov Mir Zahid fonda səsləndirməni isə H.A.Abbasov adına Maştağa Mədəniyyət Evinin rəhbəri Kamal Qədimov səsləndirirdi.
Beləliklə münsiflərin qərarı ilə H.A.Abbasov adına Maştağa Mədəniyyət Evinin nəzdindəki Dram dərnəyi  Bakı Şəhər Xalq Teatrları festivalının builki qalibi seçildi.
Festivalın yekun bağlanış tamaşası aprel ayının 27-si Abdulla Şaiq adına Kukla Teatrında göstəriləcək.

Biz də FaktXeber.com adından Festivalın qaliblərini təbrik edir və uğurlar arzulayırıq.

Rübab Allahverdiyeva

soyqirim
soyqirim